30 Sentyabr 2020 11:25
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan tarixində yeni zəfər tarixi yazılır, ordumuzun düşmənə qarşı uğurlu əks-hücum əməliyyatları davam edir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

S.Qafarovanın sözlərinə görə, Ermənistan ordusu ağır itkilərə məruz qalıb: "Azərbaycan Ordusu uğurlu əməliyyatlar nəticəsində bir sıra ərazilərimizi və mühüm strateji yüksəklikləri düşməndən azad edib. İnanırıq ki, bu əks-hücum əməliyyatı işğala son qoyacaq və biz qələbə gününü qeyd edəcəyik, Azərbaycan öz ərazi bütövlüyün bərpa edəcək və öz dədə-baba yurdlarından didərgin salınan soydaşlarımız geri dönəcək”.

Spiker qeyd edib ki, ermənilərin təxribatı ilə bağlı Milli Məclis adından bir çox ölkələrin parlamentlərinə və beynəlxalq təşkilarlara məktublar göndərilib və Azərbaycana qarşı erməni təcavüzü onların diqqətinə çatdırılıb.


Müəllif: Teleqraf.com