1 Oktyabr 2020 16:38
4 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa Prezidenti Emmanuel Makron artıq meqaloman şəxsiyyətini gizlətmir. Ölkəsindəki daxili problemlər ona təzyiqləri artırdığına görə xarici siyasətdə “nəsə” etməyə çalışır. Bunu da klassik fransız müstəmləkə düşüncəsi və təkəbbürü ilə etməyə çalışır. Beləliklə, Makron hər çıxışında yeni bir biabırçılığa imza atır”.

Teleqraf.com xəbər verir ki, bunu türk siyasi ekspert İsmayıl Kapan deyib.

Ekspert Fransa liderinin Azərbaycan dövlət başçısına cəfəng suallar ünvanladığını bildirib:

“Cırtdan özünü nəhəng güzgüdə gördüyü kimi, Makron da cüssəsinə baxmadan addımlar atmağa çalışır. Məsələn, o, Azərbaycan Prezidenti Əliyevə cəfəng suallar verir. “Türklər sizə silah verirmi?” kimi suallarla özünə böyük siyasətdə “rol” müəyyən edir. Əliyevdən payını alsa da, göründüyü kimi onda öyrənmək qabiliyyəti yoxdur. Çünki cənab Makronun Türkiyəyə qarşı xüsusi bir qarın ağrısı var.

Hər yerdə və hər fürsətdə Türkiyəyə qarşı bir addım atmağa çalışır. Bu sayğısız və təkəbbürlü sözlərə baxın: “Türkiyənin siyasi açıqlamasına diqqət etdim. Bu ifadələr düşünülməmiş və təhlükəlidir. Türkiyə savaş mesajları verir, bunlar Azərbaycanın yenidən Dağlıq Qarabağı ələ keçirmək səylərinə yönəlikdir. Bunu qəbul edə bilmərik”.

İsmayıl Kapan Makronun işğalçı Ermənistana dəstək verdiyini söyləyib:

“Siz nəyi qəbul edərdiniz, cənab Makron? Dağlıq Qarabağ kimin torpağıdır? BMT Təhlükəsizlik Şurasının 822 və 874 saylı qətnamələri bu mövzuda nə deyir? BMT Ermənistandan hansı torpaqlardan çəkilməsini istəyir? Həqiqətən oxumaq anlayışınız necədir? Yoxsa belə axmaq şeyləri necə deyə bilərsən?

Ermənistanın suverenliyinə və xalqına hörmət edilməli olduğunu söyləyirsiniz. Yaxşı, heç utanmırsan? Burada suveren hüquqları pozulan hansı dövlətdir? Ermənistan, yoxsa Azərbaycan? İşğalçı kimdir, təcavüzkar kimdir? Bilirəm, anlamaq istəmirsən, amma bir daha soruşuram: Dağlıq Qarabağ kimin torpağıdır, cənab Makron?

Heç olmasa, bir dəfə kişi kimi cavab verin. Ukraynanın Xarici işlər naziri Dmitri Kulebadan nümunə götürün. O deyir ki, Ukraynanın xarici siyasətinin əsas prinsipi dövlətlərin ərazi bütövlüyünə hörmət etməkdir, buna görə də Azərbaycanın ərazi bütövlüyünü müdafiə edirik.

Fransa da sənin rəhbərliyində Qarabağ problemini həll etmək üçün qurulan, lakin bu günə qədər ən kiçik bir təsir görməyən Minsk qrupunun həmsədridir. O lazımsız formasiyadan çıxın. Çünki belə qərəzli bir münasibətlə kimsəni sülhə xidmət edəcəyinizə inandıra bilməzsiniz. Özünüzü və ya başqasını aldatmayın”.

Siyasi ekspert Ermənistan baş nazirinin arxasından “qaçan” Fransa başçısını “axmaq” adlandırıb:

“Həyasızlığı bir kənara qoyun, dövlət adamına yaraşan davranış sərgiləməyə çalışın. Hamı bilir ki, Ermənistanı bu hücumlara təhrik edənlərdən biri də sizsiniz. Azərbaycan əraziləri işğal altındadır, üstəlik, Ermənistan hələ də hücumları davam etdirən tərəfdir, atəşkəs çağırışı, xalqı ələ salmaq kimi çox çirkin bir şeydir.

Bu cür çirkinlik nə siyasətçilərə, nə də dövlət adamlarına yaraşır. Sən doğrudan da axmaqsan. Paşinyanın arxasınca qaçmaq, sizi siyasi çuxurun dibinə itələyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu