6 Oktyabr 2020 13:08
1 462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu qanunu çox mütərəqqi hesab edirəm, qəbulunu alqışlayıram. Orqan transplantasiyası ilə bağlı çoxsaylı müraciət alıram. Burada da insanların narazılığını sizlərin diqqətinə çatdırmaq istəyirəm.

Teleqraf.com xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev Milli Məclisin bugünkü plenar iclasında “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

R.Nurullayevin sözlərinə görə, bu qanun layihəsi elə hazırlanmalıdır ki, korrupsiyaya yol vermək imkanı qalmasın:
“Çünki mənə daxil olan müraciətlərdə bildirilir ki, insanlar süni şəkildə növbələrdə saxlanılır. Orqana ehtiyacı olanlara öz növbəsində köçürmələr edilmir. Hesab edirəm ki, bu məsələlər qanunda öz əksini tapmalıdır və neqativ halların qarşısı tamamilə alınmalıdır. Bugünə qədər 15-ə yaxın belə müraciət almışam”.


Müəllif: Cavad

Oxşar xəbərlər