“Azərbaycan və Gürcüstan arasında problemli məsələlər mövcud deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gürcüstanın “Mtavari arxi” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan Gürcüstanı dost ölkə hesab edir: “Biz bilirik ki, Gürcüstanda da Azərbaycanla bağlı belə düşünürlər. Gürcüstan və Azərbaycan arasındakı əməkdaşlıq regional əməkdaşlığın ən yaxşı nümunələrindən biridir. Bu əməkdaşlıq həm gürcü, həm də Azərbaycan xalqı üçün faydalıdır”.
H.Hacıyev iki ölkə arasında aktiv siyasi münasibətlərin də olduğunu deyib: “Buna görə də hesab edirəm ki, Keşikçi dağı tarixi abidəsi barədə məsələ məhz bu kontekstdə həll olunmalıdır. Ümid edirəm ki, gürcü və azərbaycanlılar müdriklik göstərərək bütün məsələlərin həllinə dialoq yolu ilə nail olacaqlar”.