8 Oktyabr 2020 11:23
1 828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Emmanuel Makronla Nikol Paşinyanın və digərlərinin Azərbaycan xalqına məxsus rəqsin klassik erməni ənənəsinə uyğun təhrif olunmuş versiyasının ritmlərinə uyğun klounsayağı əl-qol çırpıntılarını izlədikdən sonra ölkəmizdə ən müxtəif interpretasiyalarda səsləndirilən “makron” sözünün hansı anlama gəldiyini, mənasının nədən ibarət olduğunu öyrənmək qərarına gəldim.

Bəlli oldu ki, “Makron” sözünün ayrılıqda heç bir mənası yoxdur, sadəcə şaqüli xətt formasında olan punktuasiya işarəsidir. Saitlərin üzərində səslərin uzadılması üçün qoyulur. Xristianlara aid bəzi mənbələrdə isə “makron” sözünün şaqülü şəkildə çəkilmiş “mənfi” işarəsi anlamına gəldiyi bildirilir. Emmanuel (İmmanuel) “İncil”ə görə İsa Məsihin adlarından biridir. Bu səbəbdən də bəzi xristian din adamları Fransa prezidenti ilə bağlı yazılarında onu “Mənfi (Anti) Emmanuel” - “Anti-İsa”, “Anti-Xrist” də adlandırırlar.

Təbii ki, erməni sevdalısı Fransa prezidentinin ad və soyadı ilə bağlı dini, yaxud mistik yozumlara bundan daha artıq vaxt ayırmaq niyyətində deyiləm. Əslində “Makron” sözünün sait səslərin uzadılması üçün istifadə edilən şaquli punktuasiya işarəsi kimi birbaşa yozumu məni daha çox qane edir. Bu yozum Emmanuel Makronun bir siyasətçi kimi tutumuna, mahiyyətinə də uyğun gəlir. Yəni ayrılıqda heç bir anlamı yoxdur. Hərdən başını başlara qoşub qlobal siyasətdə hansısa önəm kəsb etdiyini vurğulamağa, “mən də varam” deməyə çalışır, amma sonunda yenə də qlobal güclərin “sait səslər”inin uzadılması üçün istifadə olunan siyasi punktuasiya işarəsi olmaqdan o yana keçmir. Daha sadə izahını verim – bizim təbirimizcə “və” olur, yəni... Məsələn, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putun. Buradakı “və” Emmanuel Makrondur. Onu vergüllə də əvəz etmək olar. Son nəticədə vergül də punktuasiya işarəsidir, Vəssalam! Kəsəsi, Makron dünya siyasətinin səs uzadan punktuasiya işarəsidir. Ehtiyac duyulanda onu, məsələn, “İ”, “A” və digər saitlərin üzərinə pərçimləyirlər ki, Paşinyan kimilərin ifadə etdiyi sözlərdəki sait səsləri uzatsın... Bütün fəaliyyəti də, məhz bu missiyanın üzərində qurulub.

Emmanuel Makronun ermənilərə olan xüsusi münasibətində gəldikdə isə, bunun üçün onun Ermənistanda keçirilən “Frankofaniya günləri” çərçivəsində verdiyi açıqlamalara diqqət çəkmək yetərlidir. Makrona görə ermənilər Fransanın tarixini yaradıblar. Sitat: “Demək olar ki, biz ermənilərlə yarı həmvətənik... Ermənilər tariximizin bir hissəsi və qürur mənbəyimizdir”.

Doğrusu, Emmanuel Makron ermənilərlə bağlı bu fantastik dərəcədə mübaliğəli ifadələri səsləndirəndə, Fransa prezidentinin mənşəcə erməni olduğunu düşünmüşdüm. Çünki özünə, xalqına və ölkəsinə hörmət edən bir fransızın “ermənilərin Fransanın tarixini yaratdıqlarını” deyə biləcəyini ağlıma belə gətirə bilmirdim. Ermənilərin Fransanın tarixində oynadıqları hansısa rolla bağlı isə heç bir tutarlı fakt yoxdur. Təbii ki, ermənilərin tarixlə bağlı heç bir mənbəyi olmayan uydurma iddialarını nəzərə almasaq...

Fransanın tarixində isə erməni əsilli bircə qəhrəman var – Misak Manuşyan...

Fransanın tarixində Azərbaycan əsilli qəhrəman da var – Əhmədiyyə Cəbrayılov...

Əgər Makron məlum açıqlamasında ölkəsinin yaxın tarixini nəzərdə tutaraq erməniləri öyürdüsə, o zaman eyni sözləri azərbaycanlılar haqqında da söyləməliydi. Amma o - Fransa tarixinin ən aşağı reytinqli prezidenti, rəqiblərinə qarşı diktator hikkəsi ilə davranan və nəticədə ölkəsindəki erməni azlığının səsinə möhtac qalan Emmanuel Makron “Fransanın tarixini ermənilərin yazdığını” iddia etməklə mənsub olduğu xalqı, ölkəni necə aşağıladığının fərqinə belə varmır.

Tarixi, mədəniyyəti, özünə məxsus heç nəyi olmayan, müsiqisindən folkloruna, mətbəxinə kimi nə varsa oğurluq olan soysuz bir tayfanın Fransa kimi dünyanın ən böyük mədəniyyət mərkəzlərindən birinin tarixini yazdığını iddia etmək, siyasi əxlaqsızlığın, qürursuzluğun ən son həddidir...

Məhz bu səbəbdən də oğru tayfanın oğurluq havasına dingildəyən Emmanuel Makrondan Azərbaycanın öz ərazi bütövlüyü uğrunda mübarizəsinə, haq davasına indikindən fərqli bir münasibət bəsləyəcəyini gözləmək sadəlöhvlük olardı. Son nəticədə onun bütün fəaliyyəti – burnunu, münaqişələrin həllini, anlamsız nitqini, siyasi ömrünü uzatmaqdan ibarət olan punktuasiya işarəsi funksiyasını yerinə yetirməkdən başqa bir işə yaramır. Mənfi Emmanueldən hansısa müsbət addımlar gözləməyə isə dəyməz.


Müəllif: Elçin Mirzəbəyli

Oxşar xəbərlər