11 Oktyabr 2020 00:03
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Azay Quliyev Almaniyanın “Berlin TV” kanalına müsahibə verib.

Teleqraf.com xəbər verir ki, Azay Quliyev Ermənistanın Azərbaycana qarşı uzun müddət təcavüzə hazırlaşdığını, danışıqlar prosesinin bilərəkdən pozduğunu və qəbul edilməz şərtlər irəli sürdüyünü, sentyabrın 27-də isə ölkəmizə hücum etdiyini bildirib.

Azay Quliyev Ermənistanın mülki əhaliyə qarşı müharibə cinayəti törətdiyini, rayon və şəhərlərimizin bombaladığını, işğalçı ölkənin üçüncü tərəfi münaqişəyə cəlb etmək istədiyini vurğulayıb. Daha sonra deputat Ali Baş Komandan İlham Əliyevin sülh danışıqları ilə bağlı şərtlərini sadalayıb və yalnız bu şərtlər çərçivəsində danışıqların bərpa edilməsinin mümkünlüyünü diqqətə çatdırıb.

Sonda Azay Quliyev Fransanın birtərəfli qaydada Ermənistanı müdafiə etməsinin ATƏT-in Minsk qrupunun həmsədrlik mandatına zidd olduğunu bildirib və bunu işğalı təşviq etmək kimi qiymətləndirib, Almaniyanın Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının çıxarması haqqında işğalçı ölkəyə çağırış etməsinin vacibliyini qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər