11 Oktyabr 2020 20:52
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda olan xarici ölkələrin hərbi attaşeləri sabah Gəncəyə dəvət edirik ki, Ermənistanın əməllərini öz gözləri ilə görsünlər.

Teleqraf.com xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, eyni zamanda Mingəçevir şəhərinə də hərbi attaşelərini dəvət edirik ki, Ermənistanın Su Elektrik Stansiyasını vurmaq cəhdlərini öz gözləri ilə görsünlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər