13 Oktyabr 2020 14:21
2 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezidentin Rusiya efirində aktivliyi və onun fonunda Paşinyanın arqumentsizliyi bizim mövqeyimizi xeyli gücləndirib”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev deyib.

Ekspertin fikrincə, Rusiya televiziyalarının tok-şoularında güclü ekspertlər çıxış etməlidir: “Rusiya telekanallarında tərəfkeşlik var, amma güclü ekspert qarşısında dərinə gedə bilmirlər. Solovyovu unudun getsin, şoumendir, sırf kütləyə işləyir. Amma “60 Minut” verilişi ilə bağlı iradları qəbul etmirəm. Ər-arvad olan aparıcılar maksimum dərəcədə balansı qoruyurlar. Hesab edirəm ki, Rusiya kanallarını ekspertlə təmin etmək lazımdır.

Prezidentin Rusiya efirində aktivliyi və onun fonunda Paşinyanın arqumentsizliyi bizim mövqeyimizi xeyli gücləndirib. Bizi müdafiə edən rus ekspertlər də var. Onlarla və digərləri ilə işləmək lazımdır. Son günlərə qədər Rusiya kanallarında balans mümkün qədər qorunurdu. Ən azı xəbərlər birtərəfli verilmir. Hər iki tərəf işıqlandırılır. Problem ancaq tok-şoulardadır”.

Samir Əliyev hesab edir ki, dünya siyasətində daimi dost yox, daimi maraqlar var: “Rusiya cəmiyyəti, mətbuatı ilə işləmək lazımdır. Unutmayaq ki, 2 milyon soydaşımız da hər gün TV kanallarında həvəslə bizim mövqeləri izləyirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər