17 Oktyabr 2020 16:40
1 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəhşətdir və düşmənin məqsədi də bizə dəhşəti yaşatmaq, terror aktları ilə haqq mübarizəmizdən geri çəkindirməkdir, baş tutmadı, tutmayacaq da...

Terrorçu Ermənistan yenə gecə hücumuna keçdi. Gəncədə həyata keçirilən erməni terroru nəticəsində 3-ü azyaşlı olmaqla 13 insan həlak oldu, 5-i azyaşlı olmaqla 48 nəfər yaralandı, 2 uşaq dağıntılar altında qalıb.

Dağılmış evlər, həlak olmuş və yaralanmış insanlar. Bu bəşəriyyətin ən böyük bəlası olan terrordur və Ermənistan uzun illərdir Azərbaycana qarşı terroru davam etdirir.

Gəncə terroru: düşmən nə istəyir?

Sentyabrın 27-də başlayan hərbi əməliyyatlar nəticəsində ağır məğlubiyyətə uğrayan işğalçı Ermənistan yaşayış məntəqələrini və mülki əhaliyə hücuma başladı.

İndiyə qədər erməni terror hücumları zamanı 60 mülki vətəndaş həlak olub, 270 nəfər yaralanıb, minlərlə ev və digər infrastruktur yararsız vəziyyətə düşüb. İşğalçı ölkənin açıq terror hücumlarının səbəbləri var:

1. Məğlubiyyətinin qisasını dinc insanlardan alır, bu terrorçuları birləşdirən bir nömrəli xüsusiyyətdir;

2. Gəncəni vurmaqla Azərbaycan xalqına terror mesajı verir;

3. Xalq arasında qorxu, təşviş yaratmaq, qələbə əzmini sındırmaq istəyir;


İstəyir, amma buna nail ola bilmir. Oktyabrın 12-də Gəncəyə edilən birinci terror hücumu və dünən baş verən ikinci hücum vətəndaşların qələbə əzmini, haqq mübarizəmizə olan inamını sarsıda bilmədi, əksinə, bu gün Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşib, işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda ön və arxa cəbhədə əsl əsgər kimi döyüşür. İstiqamət işğal olunmuş torpaqlarımıza üçrəngli bayrağımızı sancmaqdır və buna nail olacağıq da...

Məğlub olan düşmənin terror hücumlarına əl atması da Azərbaycan ordusunun cəbhədə uğurla irəliləməsi, Azərbaycan xalqının əsgərinin, Ali Baş Komandanın yanında olmasıdır.

Cəbrayılın işğaldan azad olunmasından sonra Gəncəyə terror hücumu edildi.

Füzulinin azad olunmasından sonra yenə eyni ssenariyə əl atdılar.


16-17 oktyabr, düşmən canlı qüvvə və hərbi texnika itkisi verərək, mövqelərdən geri çəkilməyə məcbur olub.

Füzuli şəhəri və Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğaldan azad olunub.

Ordumuzun zərbələri nəticəsində bütün cəbhəboyu istiqamətdə geri çəkilən düşmən qisasını dinc əhalidən alır.

- Ermənistan cəmiyyətinin diqqətini məğlubiyyətlərindən yayındırmaq və terror aktları ilə onları sakitləşdirmək istəyirlər.
- Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilmədikləri üçün Azərbaycanın mülki vətəndaşlarını hədəfə alır, arxa cəbhədə ruh düşkünlüyü yaratmağa çalışırlar;


Ermənistanın hərbi-siyasi rəhbərliyi, birbaşa baş nazir Nikol Paşinyan məhz bu məqsədləri üçün Gəncə şəhərini raket atəşinə tutmaq əmrini verib. Lakin bu gün düşmən raketinin hədəfinə çevrilən Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzidir.

Və gəncəlilər də daxil olmaqla bütün Azərbaycan xalqı işğal olunmuş ərazilərimizin azad olunmasını, Ermənistanın terror siyasətinə son qoyulmasını istəyir.

Azərbaycan Ordusu Gəncə terrorunun qisasını hərbi cəbhədə alır. Dünən gecədən başlayaraq, işğal olunmuş ərazilərdə düşmənə ağır zərbələr endirilir. Müdafiə Nazirliyinin yaydığı videokadrlardan da görünür ki, işğalçı ordunun xeyrli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Ermənistan ordusunun bütün müqavimət imkanları tükənib, hərbçilər arasında ruh düşkünlüyü, inamsızlıq hökm sürür. Təkcə ötən gecə 5-ci dağ atıcılıq alayının 1-ci batalyonunun 300 hərbçisi böyük miqdarda hərbi texnikanı, ölü və yaralıları qoyaraq qaçıb. İşğalçı ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan qaçan hərbçilərə “kişi olun” çağırışını edib, lakin nə hərbi rəhbərliyin inzibati təsirləri, nə də psixoloji təzyiq erməni əsgərlərin qarşısı ala bilmir. Azərbaycan Ordusu düşəni iti qovan kimi qovmaqdadır...

İt kimi qovulan düşmən Gəncə və şəhərlərimizi raket atəşinə tutmaqla müharibə cinayəti törədir. Beynəlxalq ictimaiyyət bu cinayətin qarşısında susmamalı, Ermənistanın cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı, törətdikləri əməllərə görə cavab verməlidir. Beynəlxalq birlik bunu etməlidir, etməyəcəksə, Azərbaycan özü cinayətkarları cəzalandıracaq...


Müəllif: Asif Nərimanlı

Oxşar xəbərlər