“İndi Ermənistan üçün hər dəqiqə mühüm əhəmiyyət kəsb edir. Atəşkəs elan olunduqdan sonra onlar üç-beş saatlıq və ya bir günlük zaman əldə etdilərsə, bundan yararlanaraq, hansısa formada öz ənənəvi himayədarlarının dəstəyini əldə edə bilərlər, “göz yaşları” və yalvarışları nəticə verə, yaxud yalanları effektli nəticəyə gətirib çıxara, təxribatları nəticəsində proseslərin istiqaməti dəyişə bilər. Bunlara ümid edirlər, çünki çarəsizdirlər”.
Politoloq Elçin Mirzəbəylinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Azərbaycan Ordusunun işğalçını sülhə məcburetmə əməliyyatları davam edir. Ümumi vəziyyəti necə qiymətləndirirsiniz, bu əməliyyatların sonunda nəyə nail olacağıq?
- Azərbaycanın hədəfləri bəllidir. Azərbaycanın məqsədi, ilk növbədə ölkənin ərazi bütövlüyünü bərpa etmək, Ermənistanın işğalına son qoymaq, bölgədə sülh və sabitliyi təmin etməkdir. Münaqişə qaldıqca, işğal faktı davam etdikcə, bu, təkcə Azərbaycan üçün yox, bütün bölgəyə təhdidlər yaradır, bunu da Ermənistanın atdığı addımlar sübut edir. İndiki halda prosesin dayanmasının yeganə şərti var, Azərbaycanın bununla bağlı mövqeyini Ali Baş Komandan, Prezident İlham Əliyev açıq şəkildə ifadə etdi: Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüquqları bərpa olunmalı, Ermənistan qoşunları – işğalçı qüvvələr ərazilərimizdən çıxmalıdır. Bunun hansısa alternativi yoxdur. Məğlub olmuş Ermənistan bundan sonra əlavə itkilərə yol vermək istəmirsə, hər gün davam edən əməliyyatların onun üçün bərpa olunmayacaq ciddi problemlərə yol açdığını dərk edirsə və bu hadisələrdən sonra onda sağlam bir şüur yaranıbsa, Azərbaycan torpaqlarından çəkilməklə sülh və əmin-amanlıq üçün addım atdığını nümayiş etdirməlidir. Amma Ermənistan tərəfindən belə cəhdlər yoxdur. Bir tərəfdə diz çöküb yalvarır, “sülh” mesajları verir, digər tərəfdə də Azərbaycan Ordusunun işğaldan azad etdiyi əraziləri geri qaytarmaq üçün ciddi şəkildə itkilərə məruz qalmasına baxmayaraq, təxribatlarını davam etdirir.
Proseslər sübut edir ki, mülkiyə əhaliyə qarşı ballistik raketlərdən istifadə edən cinayətkar rejimə etimaddan söhbət gedə bilməz. Bu gün sülh danışıqları bərpa olunsa belə, Ermənistanın indiki – atdığı addımlara cavabdeh olmayan, qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması mümkün olmayan hərbi-cinayətkar hakimiyyəti ilə yola davam etmək mümkün deyil. Hətta Ermənistanın cəmiyyətinin özü ilə də...
Ermənistan toplumunun böyük əksəriyyətinin şüuru və düşüncəsi bu illər ərzində o qədər yanlış istiqamətdə formalaşıb, Azərbaycanfobiya o qədər güclənib ki, orada çox az sayda insanın düşüncəli olduğu qənaətindəyəm. Bu baxımdan, Azərbaycan Ordusunun sülhə məcburetmə əməliyyatlarının davam etdirilməsini zəruri hesab edirəm, bu istiqamətdə də addımlar atılır. Çünki təkcə Ermənistan rəhbərliyinin deyil, Ermənistan cəmiyyətinin özünün də sülhə məcbur edilməsinə və ya ağlının başına gəlməsinə ehtiyacı var. Bununla təkcə Azərbaycana qarşı yox, bölgənin digər dövlətlərinə qarşı da ərazi iddialarından əl çəksinlər, nəhayət ki, sivil insan olmağı bacarsınlar, ibtidai insan təfəkküründən qopsunlar, vaxtilə onlar üçün hansısa güclərin çəkdiyi sərhədlər içində yaşasınlar. Bunun alternativi yoxdur.
- Yuxarıda bu məsələyə toxundunuz. Maraqlıdır, bir tərəfdə atəşkəs istəyən Ermənistan, niyə bunu elan olunduğu dəqiqə pozur?
- İndi Ermənistan üçün hər dəqiqə mühüm əhəmiyyət kəsb edir. Atəşkəs elan olunduqdan sonra onlar üç-beş saatlıq və ya bir günlük zaman əldə etdilərsə, bundan yararlanaraq, hansısa formada öz ənənəvi himayədarlarının dəstəyini əldə edə bilərlər, “göz yaşları” və yalvarışları nəticə verə, yaxud yalanları effektli nəticəyə gətirib çıxara, təxribatları nəticəsində proseslərin istiqaməti dəyişə bilər. Bunlara ümid edirlər, çünki çarəsizdirlər. Qarışqa boğulanda saman çöpünə əl atar, amma bunların saman çöpləri bitmək bilmir. Yəni toplum olaraq çox həyasızdırlar, çox rəzil bir düşmənlə üz-üzəyik. Şərəfi, ləyaqəti olmayan, Kim Kardaşyanı özünə ana hesab edən əxlaqsız bir toplumla üz-üzə qalmışıq. Ona görə də proseslər bu qədər ağır gedir.
- Amma həm də görünən budur ki, işğalçı tərəfin xarici ölkələrdəki əks-təbliğatı istədiyi effekti vermir.
- Azərbaycan informasiya siyasətini bütün zaman ərzində düzgün qurdu. Bu prosesin önündə birbaşa Azərbaycan Prezidentinin özü dayandı. Dünya ictimaiyyəti, xarici dövlətlər həqiqətləri ölkə liderinin öz dilindən arqumentləşdirilmiş və konkretləşdirilmiş şəkildə eşitdi. Ali Baş Komandan həm döyüş meydanında, həm də informasiya məkanında öz gücünü düşmənə göstərdi, hər iki istiqamətdə də qalib gəlir. Bu baxımdan, baş verənlərin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılması və xarici ölkələrdə yaşayan həmvətənlərimizin fəallığı fərqli bir mənzərənin ortaya çıxmasına zəmin yaratdı. Nəticədə Ermənistan informasiya məkanında əvvəlki kimi Azərbaycanı önləyə bilmir. Son dövrlərdə bu istiqamətdə aktiv şəkildə müdafiə xarakterli addımların atılmasının şahidi oluruq.
- Niyə Ermənistan rəhbərliyi daha çox Türkiyə tezisinin üzərində dayanır, bununla istədiyinə nail ola biləcəkmi?
- Bölgə dövlətlərini, Qərbi və ya Avropanı bununla qıcıqlandırmaq istəyir. Buna görə də absurd iddialar irəli sürürlər. Təsəvvür edin ki, bir ölkənin rəsmiləri iddia edirlərsə, Türkiyə Cənubi Qafqazda Osmanlı dövlətini bərpa etmək istəyir, bu adamların nə qədər xəstə təfəkkürə malik olduqlarını təsəvvür etmək mümkün deyil. Osmanlı dövləti, Cənubi Qafqaz? Bu dövlətin sərhədlərinin haradan keçdiyini hər kəs bilir. Osmanlı dövlətini Cənubi Qafqazda necə bərpa etmək olar? İlk növbədə, Osmanlı dövlətini bərpa etmək mümkün deyil. Yeni dövrün yeni reallıqları var, şərtlər dəyişib, insanların dünyagörüşü dəyişib, vaxtilə Osmanlı dövlətinin mövcud olduğu yerlərdə yeni ölkələr formalaşıb. Eyni zamanda, post-sovet məkanındakı respublikalar, Ermənistan istisna olmaqla, müstəqil dövlət olaraq fəaliyyət göstərirlər, öz ayaqlarının üstündə dururlar. Ayrıca, beynəlxalq hüququn subyektləri məlumdur. Yəni SSRİ-ni bərpa etmək mümkün olmadığı kimi, Osmanlını da dirçəltmək mümkünsüzdür.
Ermənilər bu qədər xəstə, əsası olmayan iddialara söykənirlər, bunlar da onların Türkiyə və türklərlə yanaşı, digər millətlərə olan nifrətindən irəli gəlir. Uzun illərdən bəri bir sıra ölkələri qondarma erməni soyqırımı ətrafındakı əsassız iddialarını öz siyasi maraqlarına görə inandırmağı bacarıblar. Buna da öz maraqlarına görə inanıblar. İndi də Türkiyə mesajını verməklə, “bizə qarşı soyqırımı edirlər” yalanlarını ortaya atırlar. Bununla klassik erməni həyasızlığının, vay-şivəninin nümunələrini ortaya qoyurlar. Region dövlətlərini, Avropanı da bu yalanlarına inandırmaq istəyirlər.
Ermənilərdən başqa nə gözləmək olar? Diz çöküb yalvarmaq, ayaq öpmək, quyruğu əsə-əsə hürmək – klassik erməni həyasızlığına xas olan xislətlərdir. Ermənilər nə qədər faciəli toplum olduqlarının fərqində deyillər. Azərbaycanın işğal edilmiş ərazilərindəki mənzərələri görəndə, onların hansı təfəkkürə malik olduqları aydın olur. Yəni bu illər ərzində Azərbaycanın işğal edilmiş torpaqlarında nəyə nail oldular? Ancaq bir bölgədə daimi bir münaqişə, müharibə mənbəyi saxladılar. Azərbaycan torpaqlarında heç nə etməyi bacarmayıblar, nə varsa söküb aparıblar, bununla öz varlıqlarını qoruyub-saxlamağa çalışıblar. Bu qədər rəzil, alçaq, qurub-yaratmaq anlayışı olmayan toplumla üz-üzəyik. Bu illər ərzində Azərbaycanın işğal edilmiş ərazilərinin onlara nəyə başa gəlməsindən nəticə çıxarmayıblarsa, bundan sonra nəticə çıxaracaqlarına ümid bəsləmirəm.
Düşünürəm ki, Azərbaycan sülhə məcburetmə əməliyyatlarını sona qədər davam etdirməlidir. Bununla onlara başa salmaq lazımdır ki, başqalarının torpaqlarından gözlərinizi çəkin, sən nəhayət bir toplum olaraq dünyanın bir parçasına çevrilməlisən.