22 Oktyabr 2020 21:26
1 943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin iddia etdikləri ərazilər Qafqaz Albaniyasının ərazisi olub. XIX əsrdə rus-türk, rus-iran müharibələrindən sonra ermənilərin bu ərazilərdə sayı çoxalıb. Rus-türk müharibəsində ermənilərin böyük xəyanəti, satqınlığı olub. Cavad xanın dövründə də az sayda ermənilər böyük satqınlıqla məşğul olublar.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev bildirib.

Professorun sözlərinə görə, türk sultanları, iran şahları satqın erməniləri öz ərazilərindən çıxarmağa nail olublar.

Deputatın zənnincə sonradan ermənilər rus çarlarına bir formada yaxınlıqları ilə Qafqazda yerləşməyə başladılar: “İrəvan xanlığı ərazisində ermənilərin çoxalması da rus-İran müharibələri dövrünə təsadüf edir. Ermənilər də ki, qarışqa kimidir. Bir əraziyə düşdülərsə, orada çoxalmağa başlayırlar”.

Şura sədrinin sözlərinə görə, ermənilər özləri də dəfələrlə açıqlayıb ki, biz millət yox, etnik qrup olmuşuq: “Ona görə də, erməni xalqı adında bir anlayış tarixdə yoxdur. Ermənilər qaraçılarla yunanların qarışığından əmələ gəlib. Dinləri də qriqoryandır. Bu səbəbdən də Ermənistanda xristianlıqla bağlı səslənən fikirlərin heç bir əsası yoxdur. Çünki qriqoryanlıq yunan dininə yaxın bir anlayışdır”.

Eldar Quliyev sovet Rusiyası dövründə Qarabağda ermənilərə böyük imtiyazlar verilməsindən də bəhs edib.

Qeyd edib ki, ermənilər bu imtiyazlardan istifadə edərək hətta göndərişlə Qarabağa gələn azərbaycanlıları işə və qeydiyyata almırdılar: “Sovet dövründə bütün rəsmi yazışmalar rus dilində aparıldığı halda, ermənilər rəsmi yazışmaları öz dillərində aparırdılar. Mən bunun canlı şahidi olmuşam. 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib göndərişlə Qarabağa, Xankəndinə Kooperativ Cəmiyyətlər İttifaqına göndərildim. Orada bir erməni dığası məni qarşıladı. Rusca məndən soruşdu ki, erməni dilini bilirsənmi? Cavab verdim ki, niyə bilməliyəm ki? Rus, Azərbaycan dilini bilirəm! Dedi ki, bizdə hesabatlar erməni dilindədir. Məni, Azərbaycan vətəndaşını, erməni dilini bilmədiyimə görə, orada işləməyə icazə vermədilər”.

Professorun dediyinə görə, məhz həmin vaxtlardan ermənilər həmin ərazilərdən yavaş-yavaş azərbaycanlıları sıxışdırmağa başlayıblar: “Məqsədləri ərazidə azərbaycanlıların kütləvi yerləşməsinə maneə olmaq olub. M.Qorbaçovun razılığı ilə həmin əraziləri hərbiləşdirirək, azərbaycanlıların ümümiyyətlə Qərbi Azərbaycandan da kütləvi çıxarılmasına başladılar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər