Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Gürcüstana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, o, oktyabrın 31-də qonşu ölkədə keçiriləcək parlament seçkilərini müşahidə edəcək.
M.Pənahov artıq Gürcüstan MSK-da beynəlxalq müşahidəçi kimi qeydiyyata alınıb.
Seçkiləri Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov də izləyəcək.