25 Oktyabr 2020 22:27
6 924
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan işğal edilmiş Dağlıq Qarabağda hərbi əməliyyatlarını davam etdirdiyi vaxt beynəxalq media bir tərəfdən informasiya manipulyasiyası etməyə, digər yandan da Türkiyəni günahlandırmağa çalışır. Bunlardan biri də ABŞ-ın “Fox News” kanalı oldu. Prezident İlham Əliyevdən müsahibə alan “Fox News” Türkiyəni günahlandırmağa cəhd etdi, amma Azərbaycan prezidenti buna imkan vermədi”.

Teleqraf.com xəbər verir ki, Türkiyə mediası Azərbaycan liderinin ABŞ-ın “Fox News” telekanalına geniş yer ayırıb.

“Haber 7” saytı yazır ki, 30 illik işğaldan sonra öz torpaqlarını azad etməyə başlayan Azərbaycan beynəlxalq media qurumlarının hədəfindədir. Bununla belə, sayt dünya miqyasında Azərbaycana verilən dəstəyin getdikcə artdığına, dünya mediasının Azərbaycanın haqq səsini eşitdirmək üçün Bakıya mikrofon uzatmağa başladığına diqqət çəkib.

“Haber 7” İlham Əliyevin “Fox News”-a müsahibəsini “Möhtəşəm dostluğumuz üçün qürur duyuruq” başlığı ilə manşetdə yer verib. Azərbaycan liderinə Türkiyəni haqsız suçlamalar qarşısında müdafiə etdiyinə görə təşəkkür edilib.

Türk saytı Əliyevin amerikalı jurnalistin təxribatçı suallarına peşəkarlıqla cavab verdiyini bildirib:

“Azərbaycanın haqlı mübarizəsini bir daha dünyaya eşitdirən Əliyev müxbirin təxribatçı suallarına verdiyi cavablarla gündəmə gəlib.Bölgədə aparılan əməliyyatlar ətrafında informasiya çirkabı yaratmağa çalışan “Fox News”un müxbiri Türkiyəni Azərbaycanla birgə əməliyyatlarda iştirak etməkdə ittiham etdi. Anti-Türkiyə fikirlərə keçid etməyə qoymayan Əliyev Amerika kanalına siyasət dərsi verdi. Azərbaycan lideri Türkiyənin Dğlıq Qarabağda problem yaratdığını deyən “Fox News” müxbirinin iddiasını kəskin şəkildə rədd etdi: “Türkiyə bizə siyasi dəstək verir, onlar bizim dostumuz və müttəfiqimizdir. Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq”.

Türkiyənin beynəlxalq arenada önəmli siyasi güc olduğunu bildirən İlham Əliyev müxbirin “Türkiyə sizi savaşa təhrik edir” ittihamına belə cavab verib: “Xeyr, əsla! Türkiyə bizə siyasi dəstək verir və bu, hər şeydən önəmlidir. Türkiyə “Biz Azərbaycanın yanındayıq” deyəndə, bu, hər kəsə açıq mesaj olaraq çatır”.

“Haber 7” qeyd edir ki, İlham Əliyevin amerikalı müxbirin bütün təxribatçı sözlərinə şillə kimi verdiyi cavablar, iki qardaş ölkə arasında qırılmaz bağların olduğunu bir daha dünyan ın diqqətinə çatdırdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər