26 Oktyabr 2020 23:13
2 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan yürütdüyü siyasətin mahiyyətini heç özü də anlamır. Bir tərəfdən əl-ayağa düşərək Azərbaycanın sarsıdıcı zərbəsinin təsiri altında danışıqlardan bəhs edir. Dünya liderlərinə sonsuz sayda zənglər edərək Azərbaycanın hücumu dayandırmasını istəyir. Artıq iki dəfə Rusiyanın təşəbbüsü ilə oktyabrın 10-u və 17-də hümanitar atəşkəs rejimi əldə edilib. Amma dərhalda Paşinyan rejimi tərəfindən bu atəşkəs pozulub.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Deputatın fikrincə, Paşinyan Soros fondunun yetirməsi olaraq indi üzünü okeanın o tərəfinə tutub: “Artıq ABŞ-a yalvarmağa başlayıb. Atəşkəsi bu dəfə ABŞ-ın vasitəçiliyi ilə əldə etməyə çalışır. Amma atəşkəslə əldə edildikdən sonra yenə də erməni silahlıları Azərbaycanın yaşayış mənətəqələrini atəşə məruz qoyur. Burada iki variant var. İlk növbədə Paşinyanın mənəvi, psixoloji durumu son dərəcədə kritikdir. Ö öz ağlına nəzarəti demək olar ki, itirib. Bu qədər yalvarışla atəşkəsə nail olmaq istəyən bir şəxs eyni məntiqlə də deyir ki, bu münaqaişənin diplomatik həlli yoxdur. Bunu başa düşmək olmur”.

Millət vəkilinin sözlərinə görə, Paşinyan o qədər nüfuzdan düşüb ki, artıq hərbi rəhbərlik onun tabe olmaqdan boyun qaçırır: “Faktiki olaraq erməni generallar özbaşına qərarlar qəbul edir. Proseslər də onu göstərir ki, məğlubiyyətin nəticəsi olaraq işğalçı ölkədə tam xaos hökm sürür. Reallıq ondan ibarətdir ki, Ermənistanda qərarların hansı məntiqlə verildiyi və icra edildiyini anlamaq müşkül problemə çevrilib”.

Elman Nəsirov qeyd edib ki, atəşkəs məsələsində isə Azərbaycanın prinsipial və dəqiq mövqeyi mövcuddur: “Bu mövqe Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən dəfələrlə qeyd edilib. Ermənistan atəşkəs istəyirsə, Azərbaycan topaqlarının işğaldan azad edilməsi ilə bağlı öhdəlik götürməlididr. Eyni zamanda işğala son qoyacaq konkret qrafik təqdim edilməlidir”.


Müəllif: Tapdıq Qurbanlı