26 Oktyabr 2020 20:13
1 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın müstəqil və bütöv olması ABŞ-ın və Avropa Birliyinin strateji maraqlarına xidmət edir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Azər Qasımlı deyib.

Ekspert Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı geosiyasi vəziyyətə diqqət çəkib:

“Ordumuzun apardığı uğurlu əməliyyatlara görə, ərazi bütövlüyümüzü bərpa edib daha müstəqil olacağımıza görə xaricdən təzyiqlər qaçılmaz idi. Lakin Türkiyənin müttəfiqliyi, siyasi iradə və xalqımızın birliyi bu təzyiqlərin qarşısını almaq üçün ciddi resursdur. Bunun yanında Azərbaycanın müstəqil və bütöv olması ABŞ-ın və Avropa Birliyinin strateji maraqlarına xidmət edir. Ermənistanın əsas dəstəkçiləri məhz ABŞ-ın bölgəmizdəki əzəli rəqibləridir”.


Müəllif: Mənsur Rəğbətoğlu