“Ötən 27 il ərzində çoxları anlamaq istəmədi ki, sülh yolu ilə torpaqlarımızı qaytarmaq istəyi acizlikdən, qorxudan qaynaqlanan bir istək deyil”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.
Ekspert illərdir işğal altında olan ərazilərini azad edən Azərbaycanın yeni tarix yazdığını bildirib:
“Hər dəfə deyəndə ki, heç kəsdən zəif və ya acioz xalq deyilik, bir çoxundan isə daha da irəli getmişik, bəziləri buna skeptik baxırdı. Ümid edirəm, son aylarda baş verənlər həm də bu yanaşmaya yenidən nəzər salmağa əsas oldu.
27 il ərzində sülhə çalışdıq və özümüz haqda sanki “aciz xalq” fikri yaratdıq. Çoxları anlamaq istəmədi ki, sülh yolu ilə torpaqlarımızı qaytarmaq istəyi acizlikdən, qorxudan qaynaqlanan bir istək deyil. Hər dəfə deyəndə ki, bir gün bu xalq ayağa qalxıb öz sözünü deyəcək, çoxlarını buna inandırmaq olmurdu. Amma birdən hər şey dəyişdi və bu gün dünyada xeyli aparıcı hərbi nəşr, hərbi ekspert və yüksək çinli hərbçi bizim 27 illik fasilədən sonra apardığımız savaşın müasir hərb nümunəsi olduğunu etiraf edir. Beləliklə, biz bunların hər ikisini yaxşı bacardığımızı sübut etdik. Xüsusilə sülh istəməyin döyüşməyi bacarmamaq olduğunu...”.