Azərbaycan 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Bu gün Azərbaycan xalqı öz liderinin ətrafında birləşərək tarixi ədaləti bərpa edir. Silahlı Qüvvələrimiz suveren ərazilərimiz daxilində müharibə aparır. Ölkəmizin heç bir kənar dövlətin ərazisində iddiası yoxdur. Yeganə məqsədimiz 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyümüzü bərpa etməkdir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Məlahət Ibrahimqızı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, ərazi bütövlüyünü bərpa edir.
Deputat vurğulayıb ki, dövlətimiz işğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindədir: “Ermənistan humanitar atəşəkəsdən resursları səfərbər etmək və yeni hücuma keçmək üçün istifadə etməyə cəhd etdi. Baxmayaraq ki dəfələrlə ayrı-ayrı dövlət və hökumət rəhbərlərinə atəşkəsin olması ilə bağlı çaığışlar edib. Amma düşmən bu niyyəıtindıə də çirkin maraqlarını gizlədə bilmədi. Amma bütün bunlara rəğmən beynəlxaql hüquqa və prinsipial dəyərlərə hər zaman hörmətlə yanaşıb. Azərbaycanın mövqeyi sağlam düşüncəyə, humanitar zəminə əsaslanır. Eyni zamanda dövlətimizin prinsipilal mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir”.
Məlahət İbrahimqızı qeyd edib ki, sülh prosesi artıq qismən yerinə yetirilmiş əsas prinsiplərin qalan hissəsinin icrasına əsaslanmalıdır: “Azərbaycan öz təhlükəsizliyini təmin etmək və əməliyyatın daha səmərəli olması üçün ermənilərin mühüm hərbi obyektlərinə zərbələr endirməli idi. Amma ölkəmizi buna görə ittiham edənlər Ermənistan tərəfindən muzdluların döyüşdüyünü görmürlər?”
Deputatın fikrincə, münaqişəni beynəlmiləlləşdirmək üçün heç bir cəhd edilməməlidir.