“BMT-nin Baş Assambleyası Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüs göstərdiyi COVID-19 ilə əlaqədar BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyasının keçirilməsi qaydası haqqında qərar qəbul edib”.
Teleqraf.com-un məlumatına görə, bu barədə BMT Baş Assambleyasının Azərbaycan Nümayəndəliyinin rəsmi tvitter səhifəsində qeyd edilib.
BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkır isə tvitter hesabında qeyd edib ki, COVID-19 üzrə Xüsusi Sessiyasının detalları barədə qərar üzv ölkələrin böyük dəstəyi ilə bu gün Baş Assambleyada qəbul edilib: “COVID-19-un dövlət, hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası 3-4 dekabr 2020-ci il tarixlərində Prezidentliyimdə keçiriləcəkdir”.