Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov bu ölkənin Brandenburq federal torpağına səfər edib. Diplomat səfər zamanı federal torpağın Landtaqının (parlament) prezidenti Ulrike Liedtke ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə səfir Ramin Həsənov və Landtaqın prezidenti Ulrike Liedtke ikitərəfli münasibətlər və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Həmçinin regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.
Görüşdən sonra səfir Ramin Həsənov Brandenburq Landtaqının xatirə kitabına ürək sözlərini yazıb.