Şuşanın azad edilməsi möhtəşəm tarixi dönəmdir. Azərbaycan Ordusu “ildırım sürətli” müharibə missiyasını həyata keçirib. Mümkün olmayanı Ordumuz qısa müddətdə reallaşdırıb. Ermənistanın bütün istehkamları Silahlı Qüvvələrimiz tərəfindən darmadağın edildi. Ali baş Komandanın rəhbərliyi altında bu gün biz qalibik.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
Onun fikrincə, bu qələbəni şərtləndirən üç mühüm amil mövcuddur.
Deputatın sözlərinə görə, iqtisadi əsasların yaranması ilə bütün sferalar üzrə inkişafa nail olunub. “Cənab Prezident tərəfindən həmrəyliyimiz və qələbəmiz üçün zəmin yaradılıb. Daxildə çaşqınlıq yaratmağa çalışanlar buna nail ola bilmədi. Məqsəd o idi ki, Azərbaycan daxılı problemlər müstəvisində Qarabağı unudsun. Həmçinin diplomatik siyasət nəticəsində bütün dünya gördü ki, Azərbaycan haqlı mübarizə aparır. Cənab Prezident sentyabrın 27-dən bu günə qədər aparıcı mətbuat orqanlarına verdiyi müsahibələrində Azərbaycanla bağlı bütün həqiqətləri dünyaya çatdırdı”.
Elman Nəsirov vuğrulayıb ki, Cənab Prezident Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək Azərbaycan torpaqlarını işğaldan azad edir: “Bunun üçün fundametal prinsiplər Ulu Öndər tərəfindən müəyyənləşib”.
Şuşanın ardınca Xankəndinin azad olunması reallıqdır deyən millət vəkili çox yaxın zamanda bunun baş verəcəyəni bildirib: “Bu gün Xocavənd, Ağrədə istiqamətində döyüşlər gedir. Erməni ordusu məğlub durumdadır. Yaxın zamanlarda Azərbaycanın bütün topaqları işğaldan azad olunacaq.
Bu gün Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevə qəlbində abidə ucaldıb: “İnsanlar dövlət rəhbərinin Qəhrəman, Xilaskar Prezident kimi abidəsinin ucaldılmasını istəyir. Xalqımız qardaş Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərabaycanda abidəsinin ucaldılmasını da arzulayır. Eyni zamanda Şuşa şəhərində xilaskar Azərbaycan əsgərinin abidəsinin qoyulması və memorial kompleksin yaradılması ilə bağlı təkliflərimiz var”.