9 Noyabr 2020 19:59
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü zamanı zərər çəkmiş Tərtər və Bərdə rayonlarında yerləşən 500 ailəyə humanitar yardım göstərilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bu rayonlardakı şəhid ailələrinə, eləcə də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində ailə üzvlərini və yaxınlarını itirən vətəndaşlarımıza XİN rəhbərliyi və kollektivi adından başsağlığı verilib və bu ailələrə humanitar yardım göstərilib", - deyə bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər