"Cənab Prezident İlham Əliyev Azərbaycan tarixində özünə elə bir cığır açdı ki, bu, nəinki lider kimi onun öz həyatında, o cümlədən ölkə vətəndaşlarının, dünyanın istənilən nöqtəsində yaşayan soydaşlarımızın sevincinə səbəb oldu. Cənab Prezident bizə qürurumuzu qaytardı, Azərbaycanı dünyada elə bir zirvəyə qaldırdı ki, artıq heç kim bizimlə hədə, güc, təzyiq dilində danışa bilməz. 30 ildir ki, BMT, ATƏT və digər beynəlxalq təşkilatlar gözümüzə kül üfürürdülər. Üzdəniraqların öhdəsindən gələ bilmirdilər. Onların 30 ilə görə bilmədiyi işi cənab Ali Baş Komandan 42 günə həll etdi. Özü də elə həll etdi ki, əliyalın insanlara olmazın işgəncə verən, uşaq qatiləri, müki insanları hədəf alan üzdəniraqlar bundan sonra dönüb bizim ərazilərimizə baxa bilməyəcək. Harada pis niyyətli işlər varsa, onları həyata keçirən murdarlar bundan sonra özlərinə gələ bilməyəcək. Nöqtənin qarşısında nidanı görən Paşinyan elə zənn edirdi ki, yenə öz bildiyini edəcək. Ancaq dəmir yumuruq onun başını elə əzdi ki, o artıq öz taleyinin dərdinə qalıb”.
Bunu Milli Məclisin deputatı Madər Musayev Qarabağda qazanılan qələbə münasibəti ilə fikirlərini bölüşərkən deyib. Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin həm döyüş meydanında həm siyasi arenada göstərdiyi qətiyyət qələbəni şərtləndirirdi:"Valdai, o cümlədən bir sıra beynəlxalq tribunalarda üzdəniraq Paşinyanı it gününə qoyan, ona daim yerini göstərən Ali Baş Komandan döyüş meydanında da öz sözünü dedi. 42 günlük müharibə onu deməyə əsas verir ki, cənab Prezident Ordu quruculuğu sahəsində misilsiz işlər görüb. Həm nizami ordu yaradılıb həm onun maddi texniki bazası genişləndirilib. Eyni zamanda müasir silahlarla təhciz olunan Ordumuz indiki çətin məqamda 2020-ci ilin zərəf ordusu kimi tarixə düşdü. Döyüş meydanında öz layiqli dərsini alan üzdəniraqlar indi gizənməyə siçan deşiyi axtarırlar. Dünəndən başlayaraq işğalçı ölkədə Hökumət böhranı baş qaldırıb. Paşinyan it kimi qaçıb, siçan kimi gizlənməyə yer axtarır. Xalqın qarşısına çıxmağa üzü belə yoxdur. O həyatı boyu belə dərs almamışdı”.
Millət vəkili deyib ki, ötən gün imzalanan atəşkəs bəyanatı Azərbaycan üçün xüsusi önəm kəsb edir. Belə ki, Naxçıvanla quru sərhəddin formalaşdırılması, murdarların Dağlıq Qarabağdan çıxarılması və sülhməramlıların regiona yerləşdirilməsi tarixi hadisədir. Bu tarixi isə qızıl həriflərlə yazan sərkərdə İlham Əliyevdir!
Madər Musayev sonda onu da bildirib ki, Şuşa düşmən tapdağından azad olunandan sonra Respublikanın hər yerində bayram əhval-ruhiyyəsi var. Uşaqdan tutmuş böyüyə, ziyalısından sadə vətəndaşına kimi indi hər kəsin qəlbində bir ifadə dolaşır. Qarabağ Azərbaycandır! Artıq bunu dünyaya sübut etdik.
Millət vəkili cəbhədə şəhid olan əsgərlərimizin ruhlarının şad olduğunu, onların qanının yerdə qalmadığını fikirlərinə əlavə edib. O şəhidlərimizə Allahdan rəhmət, yaralı cəsur, mərd, qorxmaz igidlərimizə isə şəfa diləyib.