Azərbaycan heç vaxt erməni mülki əhalisini Dağlıq Qarabağdan qovmağa çalışmayıb.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RBK-ya müsahibəsində deyib.
“Məqsəd heç vaxt erməni əhalisini Qarabağdan qovmaq olmayıb. Ərazini tərk etmək və ya orada qalmaq qərarı hər kəsin şəxsi işidir”, - Bülbüloğlu bildirib.