12 Noyabr 2020 10:58
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bir qrup deputatı Moldovada keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün noyabrın 13-də ölkənin paytaxtı Kişineu şəhərinə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, Moldovada seçkilər noyabrın 15-də keçiriləcək.

Deputatlardan Sabir Hacıyev və Rüfət Quliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, millət vəkili Emin Hacıyev isə MDB İcraiyyə Komitəsinin xətti ilə seçkiləri izləyəcəklər.

Deputatlarımız müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, prosesin gedişini izləyəcəklər.


Müəllif: Cavad

Oxşar xəbərlər