Pezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevrdi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi. Bütün dünya ölkəmizin haqlı mövqeyni dəstəklədi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Onun fikrincə, "Qarabağ Azərbaycandır!” reallığı 44 günə tarixə şərəflə həkk edildi.
Deputat qeyd edib ki, əks-hücum əməliyyatı nəticəsində ərazimizdən düşmən qovuldu: “İşğalçı Ermənistan hakimiyyətinə layiq olduğu yeri göstərildi. Ay yarım davam edən bu savaş xalq-iqtidar birliyini göstərdi. Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı İlham Əliyev mümkünsüzü mümkünə çevirdi. Böyük qələbə son əsrlərin ən böyük torpaq qazancıdır. Münaqişə birdəfəlik bitdi. Qarabağla yanaşı, Naxçıvanın blokadasına son qoyuldu. Azərbaycanlılarının bir yumruq kimi birləşməsi tarixə yazıldı”.
Pərvin Kərimzadə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu: “İşğalçı Ermənistan təslimçilik aktını imzalaması ilə Azərbaycan xalqı zəfər dastanı yazdı. Zəfərimizin bir parçası olan Şuşanın azad edilməsi dünya hərb salnaməsində xüsusi yer tutmasına haqq qazandırdı. Xan qızı Natavanın, dahi Üzeyirin, Xan Şuşinskinin vətəni Şuşanın azad olunması böyük qələbəyə gedən yol oldu”.
Millət vəkilinin sözlərinə görə, qisas qiyamətə qalmadı, intiqamımızı döyüş meydanında alındı: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qələbəsi erməni lobbisini, təbliğat maşınını, təəssübkeşlik dəyərlərini məhv etdi. Onilliklər boyu erməni lobbisi tərəfindən formalaşan anti-Azərbaycan informasiya məkanı darmadağın edildi. Zəfərimiz hərbi, iqtisadi böhran məngənəsində çabalayan Ermənistanı böyük siyasi xaosa sürüklədi. "Böyük ermənistan” xülyası iflasa uğradı. Havadarlarından kömək ala bilməyən ermənilər məğlubiyyət acışı yaşayır”.