16 Noyabr 2020 17:58
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 44 günlük Vətən savaşında yeni bir reallıq yaratdı. Cənubi Qafqazda Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquqa söykənən milli maraqları öz təsdiqini tapdı. Məhz Azərbaycanın simasında Cənubi Qafqaz stabillik, təhlükəsizlik zonasına çevrilməkdədir.

Bunu Teleqraf.com-a açıqlamaında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun fikrincə, Ermənistanın və erməni millətçilərinin uzun müddət Azərbaycana və digər qonşularına torpaq iddiası, beynəlxalq hüququ tapdalaması cəhdlərinə son qoyuldu.

Millət vəkilinə görə, bunun nəticəsidir ki, Ermənistanın işğal edilmiş torpaqlarda yeni dövlət yaratmaq, Azərbaycanın xəritəsini yenidən cızmaq istəklərinə qəti şəkildə yox deyildi: “Bu gün artıq Azərbaycanda erməni toplumun yaşadığı hissədə status söhbəti yoxdur. Burada ancaq Azərbaycanın ərazi bütövlüyü prinsipi var. Dövlətimizin bütün ərazisində ölkə qanunlarının işləmə reallığı mövcuddur. Burada milliyətindən, dinindən asılı olmayaraq yaşayan bütün insanlar bir vətəndaş kimi hüquqlara malikdir”.

Aydın Mirzəzadə qeyd edib ki, Ermənistan artıq 26 sentyabr tarixinə heç vaxt qayıda bilməyəcək: “Artıq işğalçı dövlətin icazəsiz şəkildə Azərbaycan ərazisinə daxil olması qeyri-mümkündür. 3 rayonun sülh müstəvisində boşaldılması, eyni zamanda 5 rayonda Azərbaycanın hüquqlarının tanınması ölkəmizin qələbəsidir. Həmçinin sülhməramlılar da Azərbaycanın razılığı ilə bu zonada yerləşir. Ermənistan isə bu gün problemlərini öz ölkəsində həll etmək məcburiyyətindədir”.

Deputat bildirib ki, Azərbaycanın apardığı siyasət bu gün regionun tələblərinə cavab verir: “Yenidən Ermənistanın Azərbaycana müharibə təhdidləri, ərazi iddiaları mümkün olmayan məsələdir. Ermənistan qarşısında güclü, uğurlu, demokratik, dünyanın rəğbətini qazanmış bir Azərbaycan gördü”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər