Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi və Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Qazaxıstan Respublikasının hökuməti ilə Türk Akademiyası arasında Türk Akademiyasının yerləşdirilməsi şərtləri və qaydaları haqqında saziş imzalayıb.
Bu barədə Teleqraf.com-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilir ki, sözügedən saziş akademiyanın statusunu, imtiyazlarını və immunitetini, həmçinin, onun mülkiyyəti ilə bağlı olan məsələləri müəyyən edir.
Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası 25 may 2010-cu il tarixində Qazaxıstanın birinci prezidenti – elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılıb. Beynəlxalq təşkilatın mənzil-qərargahı Nur-Sultan şəhərində yerləşir. Beynəlxalq Türk Akademiyasının üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir, Macarıstan müşahidəçi statusuna malikdir.