18 Noyabr 2020 20:36
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, məğlub və pərt duruma düşən erməni diasporunun aqressiv fəaliyyətinin təzahürüdür. Onlar Avropa və ABŞ siysətçilərini bu prosesə cəlb etmək istəyirlər.

Bu fikirləri Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə müharibədən sonra Avropadakı bəzi siyasətçilərin anti-Azərbaycan fəaliyyətinə qiymət verərkən deyib.

Deputat bildirib ki, bəzi xarici siyasətçilər hələ də Minsk Qrupundan danışırlar:

"Halbuki, dünyanın gözü qarşısında Minsk Qrupu 30 il müddətində dondurucu funksiya həyata keçirib. Münaqişənin həlli üçün heç nə etməyib və ya etmək istəməyib. Minsk Qrupunun Ermənistanı sülhə məcbur etmək fəaliyyətini Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirdi. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri icra edildi. Bunların hamısını biz etdik. Pərt olan erməni diasporu və onlara bağlı olan siyasətçilər bu haqda danışa bilərlər, amma reallıq budur ki, Azərbaycanın ərazi btövlüyü bərpa edilir, sülh yaranır. Ermənilər də digər milli azlıqlar kimi Azərbaycan daxilində yaşaya bilərlər. Bunun üçün bütün imkanlar var. Yenə də qisas təfəkkürü, müharibə arzuları, ərazi iddiası ilə çıxış edən qüvvələrin səyləri puça çıxacaq. Azərbaycan qüdrətli dövlətdir, özünü müdafiə etmək üçün gücü var və bunu dünyaya nümayiş etdirib".

Asim Mollazadə düşünür ki, Amerikada Demokrat Partiyasının namizədi hakimiyyətə gəldikdən sonra Türkiyə-Amerika, Amerika-Azərbaycan münasibətlərində kəskin xətt olmayacaq:

“Amma buna cəhd edənlər əslində bundan uduzan və münasibətləri kəskinləşdirməyə cəhd edən tərəf olacaq. Bu münasibətlərin mənfi istiqamətdə inkişafı üçün siyasət aparanlar olsa da, bu, ABŞ-ın milli maraqlarına zidd olacaq”.

Avropadakı bəzi siyasətçilərin davranışlarına, xüsusilə, Qarabağdakı erməni separatçılarının dəstəkləməsinə gəlincə, Asim Mollazadə deyib ki, qoca qitədə fəaliyyət göstərən açıq faşist qüvvələri və səlib yürüşünü davam etdirmək düşüncəsində olan xətt bu qitəni fəlakətə sürükləyə bilər:

“Avropa dəyərləri haqqında düşünən qüvvələr çalışmalıdır ki, bu prosesin qarşısını alsınlar. Əks təqdirdə mənfi tendensiyalar ortaya çıxacaq. Orta əsrin təfəkkürü ilə XXI əsrdə yaşamaq olmaz”.


Müəllif: Cavad

Oxşar xəbərlər