23 Noyabr 2020 00:14
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Burada gördüklərimiz bir daha sübut etdi ki, qarşımızda insanlıqdan nəsibini almamış və hər cür pisliyi edə biləcək düşmən var. Azərbaycanın qazandığı bu zəfər həqiqətən çox böyük qələbədir. Qırx dörd gün ərzində düşmənə qarşı aparılan mübarizə və daha sonra siyasi arenada qazanılan qələbə çox böyük zəfərdir. Azərbaycan xalqını bu qələbə münasibətilə ürəkdən təbrik edirəm.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral söyləyib.

Ermənilərin işğal altındakı ərazilərdə törətdikləri cinayətlərin əsl vəhşiliyin göstəricisi olduğunu vurğulayan diplomat deyib: “Qısaca bu vandallıq və barbarlıqdır. Burada insanlığa sığmayan cinayətlər törədilib, binalar, evlər, yollar dağıdılaraq məhv edilib. Ermənilər bu ərazilərdə öz məkrli maraqlarını güdərək, buraları insanın yaşaya bilməyəcəyi şəkildə xarabazara çeviriblər. Azərbaycan mədəniyyət abidələrinə, yaşayış məntəqələrinə yüksək diqqət və qayğı göstərdiyi halda, ermənilər əksinə, təsəvvür edilməyəcək qədər cinayətlər törədib, daş üstündə daş qoymayıblar. Həqiqətən də çox üzücü bir vəziyyətdir. Amma, Allaha şükür, torpaqlarımız işğaldan azad edildi. Bu torpaqların abadlaşdırılıb gülüstana çevriləcəyi günü tezliklə görəcəyik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər