23 Noyabr 2020 17:57
3 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində, bunun başqa formada ifadə edilməsi beynəlxalq hüquq normalarının kobud sürətdə pozulması demək olardı. Hər iki ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Onlar BMT-nin Azərbaycanın işğal edilən əraziləri ilə bağlı vaxtilə qəbul edilən qətnamələrinə səs verib. Yəni Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğuna dair onların qərarı olub. Bu gün hansısa siyasi konyuktura səbəbindən beynəlxalq hüquq normalarına zidd addım atmaq dünyada rüsvay olmaq deməkdir.

Bu fikirləri Teleqraf.com-a deputat Asim Mollazadə deyib.

O, hesab edir ki, məhz bu səbəblərdən Fransa Prezidenti Emmanuel Makron məcbur qalaraq beynəlxalq hüquq normalarına uyğun addım atıb:

“Baxmayaraq ki, onun ölkəsində ermənipərəst fikirlər üstünlük təşkil edir. Məcburən elan etdi ki, Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir. Nəzərə almaq lazımdır ki, beynəlxalq hüquq normaları pozulursa, sabah hansısa ölkənin ərazisini işğal etmək olar. Belə hallar Fransanın öz başına dəfələrlə gəlib. Məncə, Makon məcburi şəkildə belə bəyanat səsləndirdi. Çünki dünyada başqa cür idarəetmə sistemi mümkün olmayacaq”.

Demokratik İslahatlar Partiyasının sədri əlavə edib ki, beynəlxalq hüquq dünya təhlükəsizlik sistemi üçün vacibdir:

“Odur ki, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz hissəsidir. Bunu heç kəs hansısa hüquqi normalarla ayıra bilməz. Məncə, Makron da məcburən belə mövqe sərgilədi. Əks təqdirdə dünyanın ciddi qınaqları ilə üzləşməli olacaqdı”.

Asim Mollazadə qeyd edib ki, beynəlxalq hüquq baxımından Azərbaycanın mövqeyi sarsılmazdır:

“Azərbaycan haqlı yoldadır. Azərbaycan əslində BMT qətnamələrini təkbaşına icra etdi, Minsk Qrupunun təkliflərini həyata keçirdi. Bunu da Azərbaycan Ordusu və Ali Baş Komandan etdi”.


Müəllif: Cavad

Oxşar xəbərlər