23 Noyabr 2020 23:57
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlcəzairin Azərbaycandaki səfiri Səlimə Abdelhak Xarici İşlər Nazirliyinin noyabrın 22-də işğaldan azad olunmuş Füzuli şəhərinə təşkil etdiyi səfərdə iştirak edib.

Bu barədə Teleqraf.com-a Əlcəzairin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Xanım səfir bildirib ki, dağılmış şəhər beynəlxalq müşahidəçilərin uzun illər davam edən münaqişənin acı nəticələrini görmələrinə imkan vermək üçün öz qapılarını açıb. Beynəlxalq hüququn bərpasından sonra Azərbaycana böyük sənətkarlar bəxş edən şəhəri səciyyələndirən sənət və mədəniyyətin yenidən qurulmasının, abadlaşdırılmasının və canlandırılmasının vaxtı gəlib çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər