24 Noyabr 2020 19:00
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ötən müddət ərzində iqtisadiyyatın şaxələndirilməsinə və güclü iqtisadi potensial yaradılmasına nail olub. Qısa müddətdə xarici maliyyədən asılı olan ölkədən donor ölkəyə çevrilib. Ölkəmiz iqtisadi və maliyyə baxımından heç bir dövlətdən, beynəlxalq maliyyə qurumundan asılı deyil.

Bunu Teleqraf.com-a millət vəkli Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Azərbaycanın iqtisadi cəhətdən müstəqilliyi onun siyasi müstəqilliyini şərtləndirib: “İqtisadi cəhətdən güclü Azərbaycan beynəlxalq miqyasda prinsipial və qətiyyətli mövqeyini müdafiə edib. Heç bir qüvvə qarşısında Azərbaycan geri çəkilməyib. Bütün bunların fonunda bu gün Azərbaycan məhz güclü iqtisadi potensiala malikdir. Müstəqil siyasət, güclü Ordu dövlətimizin əzmini sarsılmaz edib.

Cənab Prezident İlham Əliyevin qətiyyəti sayəsində dövlətimiz bütün təzyiqlərə layiqincə cavab verib. Arxasında böyük dövlətlər, nüfuzlu dairələr, lobbi təşkilatları dayanan Ermənistan ölkəmizin sarsılmaz gücü sayəsində məğlub olub”.

Aydın Hüseynov bildirib ki, Cənubi Qafqazın güclü, müasir ordu quruculuğu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edib: “Cənab İlham Əliyevin Prezidentliyi dövründə hərbi xərclər hər il birinci yerdə dayanıb. Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsini üstələyib. Ordumuzun maddi-texniki təminatını gücləndirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Eyni zamanda Azərbaycan bütün mümkün üsullardan istifadə edərək lazım olan silah-sursatı, texnikanı almağı bacarıb.

Bununla paralel olaraq Ordunun döyüş potensialı ardıcıl şəkildə güclənib. Hərbçilərin xidmət şəraiti ən müasir standartlara uyğun yenidən qurulub. Cənab İlham Əliyev müntəzəm qaydada hərbçilərin vəziyyətini öz şəxsi nəzarətində saxlayıb. Orduda nizam-intizam daim gücləndirilib. Şəxsi heyətin müasir peşəkarlıq standartlarına uyğun hazırlanması prioritet təşkil edib”.

Deputat hərbi əməliyyatların strateji və taktiki planlaşdırmasında Azərbaycanın dünyaya yeni model təqdim etdiyini vurğulayıb: “İkinci Qarabağ müharibəsində aparılmış uğurlu hərbi əməliyyatlar strateji və taktiki baxımdan tarixə düşüb. Uğurlu hərbi əməliyyatlar sayəsində torpaqların böyük hissəsi düşməndən azad olunub. İşğalçı Ermənistan kapitulyasiyaya məcbur edilib. Azərbaycan bir güllə atılmadan, şəhid vermədən cidd müdafiə sədləri qurulmuş Ağdam rayonunu geri qaytarmağa nail olub.

Qarşıdan gələn dövrdə Kəlbəcər və Laçın rayonları da qaytarılacaq. Bu isə hərbi müstəvidə qazanılan Zəfərin bariz nümunəsidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər