4 Dekabr 2020 09:14
7 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk ordusunun Azərbaycana gələcək hissəsinin sayının 30 və ya 3 min nəfər olmasının fərqi yoxdur. Türkiyə dövlətinin qərarı var ki, ordu Azərbaycana gəlsin. Lazım olsa, ordunun Azərbaycanda qalmasının zamanı artırılacaq. Əsas odur ki, pribaltikanı çıxmaq şərti ilə ilk dəfə post-sovet məkanına başqa bir dövlətin əsgəri ayaq basır. Bu, gözlənilməz addım, böyük qələbədir.

Bu fikirləri Teleqraf.com-a türkoloq alim Firudin Cəlilov deyib.

Firudin Cəlilov hesab edir ki, ən əsası qanuni şəkildə Türk ordusunun Azərbaycana gəlməsidir:

“Gələcəkdə məncə, Tovuz rayonu istiqamətində Türk ordusunun hərbi bazasını da yaratmaq mümkündür. Eləcə də Qarabağ regionuna yaxın ərazidə. Əlbəttə, bunlar hərbçilərin işidir. Amma Türk ordusunun Azərbaycana gəlişi tarixi məsələdir. Bunu biz hər zaman istəmişik. Amma diqqət etdikdə görərik ki, bundan narahat olan ölkələr var. Rusiyanın özü buna razılıq versə də, əslində nigarandır. Çünki Türkiyə NATO hərbi ittifaqının əsas üzvlərindəndir. Başqa sözlə, indi təsəvvür edin ki, NATO ordusu Rusiyanın etiraz etmədiyi bir atmosferdə Azərbaycana gəlir. Əlbəttə, bizim böyük qələbələrimiz var və yeri gəldikcə onu qiymətləndirməliyik”.


Müəllif: Cavad

Oxşar xəbərlər