3 Dekabr 2020 20:13
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu çox böyük qələbəyə imza atdı. Azərbaycanın uzun illərdir ki, pozulan ərazi bütövlüyü təmin edildi. Artıq düşmənlə hərbi müstəvidə müharibə başa çatıb. Diplomatik, informasiya və siyasi sferada isə mübarizəmiz davam edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, cənab Prezident Laçının azad olunması bağlı xalqa müraciətində bir çox tezislər səsləndirib:

"Xalqın birliyi və əzmi, Ali Baş Komandanın cəsarətli qərarları ilə Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Cənab Prezident İlham Əliyev daim prinsipiallıq, yenilməz iradə nümayiş etdirib. Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib. Prinsipiallıq, qətiyyət, böyük diplomatik məharət nəticəsində tarixi zəfər əldə olunub. Məhz uzun illər həyata keçirilən düşünülmüş, qətiyyətli xarici siyasət sayəsində ölkəmizin beynəlxalq əlaqələri güclənib. Ölkəmizin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldilib. Eyni zamanda problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi baza yaradılıb. Məhz bunun nəticəsidir ki, Ermənistanın bütün regional layihələrdən təcrid olunub. İşğal faktına görə, bütün zəruri, öz ölkəsi və xalqı üçün gərəkli proyektlər Ermənistandan yan keçib. İndiyə qədər Ermənistanda hakimiyyətdə olan qüvvələrin qeyri-sağlam addımları bugünkü reallığı şərtləndirib. İndi regionda yeni reallıq yaranıb. Artıq bu regionun söz sahibi Azərbaycandır. Ölkəmizin maraqları müstəvisində bütün layihələr icra olunur. Açıq əməkdaşlıqda, səmimi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər və xalqlar bundan faydalanır”.

Məlahət İbrahımqızı qeyd edib ki, döyüş meydanında acı məğlubiyyətə düçar olmuş düşmən bunun yaratdığı səbəbləri öz yanlış siyasətində axtarmalıdır:

“30 ilə yaxındır Azərbaycanın tarixi torpaqlarını işğalda saxlamaq və bunu regionun təhlükəsizliyi üçün bir təhlükə yaratmaq əbədi davam edə bilməzdi".

Millət vəkilinə görə, Vətən müharibəsindəki uğurlarımız dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi sayəsində mümkün olub:

“Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri və korrektələri regiondakı prosesləri əhəmiyyətli dərəcədə dəyişdirib. Uğurlu informasiya siyasəti, Prezident İlham Əliyevin 44 gün ərzində 26 xarici mediaya müsahibəsində, hərbi əməliyyatlarla bağlı həqiqətlər dünyaya çatdırıldı”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər