10 Dekabr 2020 09:05
1 902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya açıq mesaj verir ki, Ermənistanda hakimiyyətdə Nikol Paşinyan qalmalıdır. Digər tərəfdən, indi İrəvanda Paşinyana qarşı aksiya təşkil edən 17 partiyanın parlamentdə bir nümayəndəsi belə yoxdur. Onlar keçmiş siyasi xadimlərdir və şəxsən mən onların perspektivinə inanmıram. Üstəlik onlar xalqa hər hansı bir yenilik təqdim etmir, proqram ortaya qoymurlar.

Bu fikirləri Teleqraf.com-a siyasi şərhçi Əli Abbasov Ermənistanda baş verən gərgin siyasi prosesləri şərh edərkən deyib.

Onun fikrincə, həm Rusiya, həm də Azərbaycan üçün Nikol Paşinyanın baş nazir postunda qalması münasibdir:

“Qeyri-rəsmi iddialar səsləndirirlər ki, müharibədən əvvəl və müharibə dövründə Nikol Paşinyan Türkiyə ilə əlaqa yaratmaq istəyib, hansısa mesajlar olub və s. Əslində, bu göstərir ki, Nikol Paşinyan ağıllı adamdır. və hakimiyyətdə elə onun olması yaxşıdır”.

Politoloq qeyd edir ki, Ermənistanda siyasi hakimiyyət dəyişikliyinin baş verməsinin Azərbaycana hər hansı təsiri olmayacaq. O, buna səbəb kimi imzalanan üçtərəfli sazişi göstərib və deyib ki, bütün hallarda sənəd qeyri-şərtsiz icra edilməlidir:

“Üstəlik bu şərtlərin həyata keçirilməsinin qarantı kimi Rusiya çıxış edir. Amma Paşinyanın iqtidardan getməsi ən çox erməni xalqına zərbə olacaq. Çünki yenidən başlamaq, siyasi sistemi təzədən qurmaq ağrılı prosesdir. Həm də müxalifət qüvvələrinin arxasınca minlərlə insan gedir, amma Paşinyanın elektoratı azı 10 minlərdən ibarətdir”.

Müsahibimiz hesab edir ki, Paşinyan hakimiyyətdən gedə də, qala da bilər: “Siyasətdə proqnoz bir qədər çətindir. Biz mümkün ssenariləri qiymətləndirə bilərik. Ən real ssenari budur ki, Paşinyan hakimiyyətdə qalır. Gələn ilin ortasında da xüsusi proqramla çıxış edir.

İkinci ssenari isə belədir ki, Paşinyanın yerinə gəlmək istəyənlərin hər hansı bir proqramı yoxdur. Onlar nə edəcəklərini demirlər. Heç imzalanan üçtərəfli sazişə də qarşı çıxmırlar. Bilirlər ki, məsələ bitib”.


Müəllif: Cavad

Oxşar xəbərlər