19 Dekabr 2020 08:05
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 gün ərzində Ermənistan kapitulyasiyaya məcbur edildi. 300-dən artıq yaşayış məntəqəsi şəhərlər, kəndlər, qəsəbələr, strateji yüksəkliklər işğaldan azad olundu. Noyabrın 10-da isə Rusiyanın iştirakı ilə birgə bəyanat imzalandı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan müharibənin fəal fazasında açıq şəkildə dəfələrlə bəyan etdi ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxacağını konkret bəyan edən kimi hərbi əməliyyatlar dayanacaq:

"Ancaq Ermənistan ilk günlər məğlub olacağını anlasa da, bunu qəbul etmək istəmədi. Və sonda kapitulyasiyaya məcbur oldu. 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyi dəstəkləndi. Rusiya Prezidenti Vladimir Putin bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Bu, Ermənistanda 10 noyabr bəyanatına yenidən baxılmasını istəyən revanşist qüvvələr üçün vacib idi. Çünki hazırda Ermənistanda bu cür qüvvələr var. Bu, bəyanatın müddəalarının həyata keçirilməsinə mane olmaq istəyənlər üçün ciddi siqnaldır”.

Aydın Hüseynov qeyd edib ki, müəyyən xarici dairələr də proseslərdən kənarda qaldıqları üçün gərginlik yaratmağa başladılar:

“Müəyyən qarışıqlıq yaratmağa cəhd edildi. Xüsusilə Ermənistanın daxilindəki durumla bağlı müəyyən təsir mexanizmlərdən istifadə edildi. Soros infrastrukturundan fəal istifadə olundu. Mümkün qədər çalışdılar ki, bəyanatın müddəalarının icrasını pozsunlar. Ancaq bu planları baş tutmadı. Rusiya Prezidenti Vladimir Putin də Ermənistanın razılaşmadan imtinasının onlar üçün faciəvi nəticələrə səbəb ola biləcəyi mesajını verdi".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər