22 Dekabr 2020 13:59
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zirvə görüşündə iştirak edən ölkələr üçün 2020-ci il əsasən pandemiyaya qarşı mübarizə ili olub. Bizim üçün isə təbii olaraq həm də işğalçıya qarşı mübarizə ili kimi tarixə düşəcək.

Bu fikirləri Teleqraf.com-a politoloq Yusif Bağırzadə MDB Dövlət Başçıları Şurasının 18 dekabr tarixli Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, MDB Dövlət Başçılarının Zirvə Görüşü ilə bağlı ayrı-ayrı ölkələrin mətbuatının ən çox diqqət verdiyi çıxış məhz İlham Əliyevin çıxışı oldu:

"Cənab Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı kifayət qədər əhatəli idi və özündə bir çox məsələlərlə bağlı konkret mesajlar daşıyırdı. Bir saata yaxın çıxış edərək iclasdan maksimum faydalanmaqla cənab Prezident Azərbaycan həqiqətlərini növbəti daha ölkə başçılarının və təbii olaraq iclası yayımlayan çox sayda media təmsilçisinin diqqətinə çatdırmış oldu.

Prezidentin də qeyd etdiyi kimi, Qarabağdakı hərbi əməliyyatlar və ümumiyyətlə. bu problemlə bağlı dünya KİV-lərində nə qədər məlumat gedib. Anncaq təəssüf ki, bəzi hallarda obyektiv olmayan məlumatlara da rast gəlinir. Elə bu səbəbdəndir ki, Prezident imkandan faydalanaraq növbəti dəfə münaqişənin təbiəti, onun yaranma tarixi və problemin mahiyyəti ilə bağlı həqiqətləri ölkə başçılarının diqqətinə çatdırdı".

Yusif Bağırzadə bildirib ki, Azərbaycan Prezidenti Ermənistanın işğalçı dövlət olduğunu, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırılma aparılmasını, ATƏT-in Minsk Qrupunun danışıqlar prosesinə heç bir töhfə vermədiyini, ermənilərin işğal olunmuş ərazilərimizi necə dağıtdığını, eləcə də 44 günlük müharibə və qələbəmizlə bağlı çox əhatəli və detallı çıxış etdi:

"Qarabağı regionun ən inkişaf etmiş bölgələrindən birinə çevirəcəyimizi də deyən Prezidentin çıxışı o qədər maraqlı idi ki, hətta reqlamentdən əlavə daha yarım saatın necə keçdiyi hiss olunmadı.

Təbii ki, bu, qələbə çıxışı idi, amma eyni zamanda həm də regionun gələcəyi ilə bağlı Azərbaycanın mövqeyini də ifadə edirdi. Əgər iclasla bağlı ölkələrin mətbuatında gedən yazılara baxsaz görəcəksiniz ki, media təmsilçilərinin daha çox yer ayırdığı və ən çox diqqət mərkəzində olan çıxış məhz Prezident İlham Əliyevin çıxışı olub. Maraqlıdır ki, sammitin işini işıqlandıran erməni mətbuatında da daha çox digər prezidentlərin deyil, məhz İlham Əliyevin çıxışına daha geniş yer verilib".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər