23 Dekabr 2020 20:33
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin yüksək peşəkarlığınız və nadir təcrübəniz, müasir beynəlxalq münasibətlərin inkişaf xüsusiyyətlərinə dərindən bələd olmağınız sayəsində bu gün Azərbaycan öz daxili potensialını inamla artırmaqda, beynəlxalq arenada mövqelərini ardıcıl olaraq möhkəmlətməkdə davam edir.

Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə Bakının verdiyi diqqətə və əhəmiyyətə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Şanxay Əməkdaşlıq Təşkilatının yaradılmasının 20 illiyinin bayram edilməsi ərəfəsində Azərbaycan Respublikası tərəfindən dialoq üzrə tərəfdaş kimi göstərilən, Şanxay Əməkdaşlıq Təşkilatının regionda və beynəlxalq məkanda nüfuzunun artırılmasına yönəlmiş səylərə görə Sizə minnətdarlığımı bildirmək istərdim.

Azərbaycanın iştirakı Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinin əsas istiqamətləri üzrə konstruktiv, qarşılıqlı faydalı dialoqun formalaşması və inkişafı üçün geniş imkanlar yaradır. Ümidvaram ki, Siz bizim təşkilatımıza dəstəyinizi bundan sonra da davam etdirəcəksiniz.

İcazə verin, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ailə səadəti və Azərbaycan xalqı naminə məsul fəaliyyətinizdə yeni böyük nailiyyətlər arzu edim".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər