1 Yanvar 2021 15:03
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hökumətinin sözçüsü Əli Rəbinin Tvitter hesabındakı Yeni il təbriki diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, İran hökumətinin rəsmi nümayəndəsi Yeni il təbrikini erməni dilində yazıb.

“Yeni iliniz mübarək! Ümid edirəm ki, 2021-ci il bütün dünyada insanlar üçün səadət və sağlamlıq ili olacaq” – Rəbi qeyd edib.

Hesab etmək olar ki, İran rəsmisinin bu mesajı ölkədə yaşayan və xristian dinininə mənsub olan ermənilərə hesablanıb. Amma İranda ermənilərlə yanaşı, xristian dininə mənsub olan kəldanilər və pravoslav gürcülər də yaşayırlar. Yəni mesajın ikibaşlı olduğuna şübhə yoxdur, bunun ünvanlandığı hədəf də bəllidir – Azərbaycan.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər