2 Yanvar 2021 18:00
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı cənab Prezident xalqa müraciətində mühüm məsələlərə toxundu. Xüsusən də 2020-ci ilin Azərbaycan üçün tarixi önəmindən bəhs etdi. 30 ilə yaxın davam edən işğal siyasətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi 2020-ci il müasir tariximizdə xüsusi yer qazandı. 44 gün davam edəın Vətən müharibəsi nəticəsində erməni işğalı bitdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun fikrincə, 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmiz heç də asan əldə edilməyib:

“Bu Qələbə son 17 ildə cənab Prezidentin rəhbərliyi ilə qazanılan uğurların sayəsində mümkün olub. Azərbaycan bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə regionda və dünyada aparıcı möqeyə sahibdir. Artıq Azərbaycan dünyanın ən aparıcı beynəlxalq təşkilatlarına, qurumlarına ev sahibliyi, birbaşa rəhbərlik edir. BMT-dən sonra dünyada miqyasına görə aparıcı olan Qoşulmama Hərəkatına Azərbaycanın rəhbərliyi müddətində çox uğurlu işlər görülüb. Dünyanı narahahat edən problemlərin aktiv formada müzakirəsi, qərarların qəbulu cənab Prezident tərəfindən verilən tezislər, edilən təşəbbüslər yüksək qiymətləndirilib. Qoşulmama Hərəkatının Zirvə toplantısında cənab Prezidentin BMT-nin xüsusi sessiyasının çağırılması təklifi 130-da artıq dövlət tərəfindən dəstəklənib”.

Deputatın sözlərinə görə, Vətən müharibəsində Azərbaycanın hərbi uğurları, onun siyasi, diplomatik sferadakı uğurları ilə paralel həyata keçirilib:

“Azərbaycana qarşı qərəzli mövqe tutanların beynəlxalq birliyə, ayrı-ayrı dövlətlərə çağırışları cavabsız qalıb. Çünki bu günə qədər aparılan düzgün strateji siyasət nəticəsində ölkəmiz öz mövqeyini möhkəmləndirməyə nail olub. Açıq şəkildə Ermənistanı müdafiə edən Fransa kimi dövlətlərin səyi nəticəsində BMT-də Azərbaycana qarşı qəbul edilməsi gözlənilən qətnamə rədd edildi. QH-nin üzvləri, Böyük Britaniya açıq şəkildə Azərbaycanın mövqeyini dəstəklədi”.

Cavid Osmanov bütün bu uğurların ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın məntiqi davamı olduğunu qeyd edib:

“Cənab Prezident İlham Əliyev öz siyasi məharəti və sərkərdəlik qabiliyyəti ilə müasir Azərbaycan tarixində parlaq bir səhifənin müəllifi oldu. Azərbaycan 30 ilə yaxın ədalətsiz olaraq cəlb edildiyi müharibədən qalib çıxdı. Öz ərazi bütövlüyünü təmin etdi. Tarixi ədalət bərqərar oldu. Xalqımız öz Lideri ətrafında birlik nümayiş etdirdi. Dünyaya xalq-dövlət birliyinin parlaq nümunəsi nümayiş olundu. Düşmən xalqımızın iradəsini, gücünü gördü. Qafqazda sülhün və təhlükəsizliyinin təmin olunması üçün əsas yaradıldı”.

Millət vəkili bundan sonrakı dönəmlərdə düşmənin istənilən revanşist hərəkətlərinə ən ciddi formada cavab veriləcəyini bildirib:

“Bunu cənab Prezident xalqa müraciətində bir daha vurğulayıb. Cənab Ali Baş Komandan Ermənistanın belə bir cəhdinin özünəqəsd olacağını açıq şəkildə bəyan edib. Bu isə onu göstərir ki, düşmən üçün güclü Ordu sarsılmaz iradə ilə hesablaşmaqdan başqa seçim qalmayıb. Azərbaycan regionun taleyini dəyişib. Bundan sonra bölgədə sülhün əməkdaşlığın, inkişafın olması üçün böyük bir zəmin yaranıb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər