3 Yanvar 2021 19:58
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər qazının Türkiyədən keçirərək Avropaya tədarük ediləcək Cənub Qaz Dəhlizi Azərbaycan və Türkiyəni strateji enerji dəhlizinə çevirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə beynəlxalq ticarət əməliyyatları üzrə ekspert Murat Akan bildirib.

"Təbii qaz geopolitik əhəmiyyət daşıdığı və beynəlxalq siyasətin daimi bir elementinə çevrildiyi üçün "qızıl əsrini" yaşayır. Enerji ehtiyatları və dəhlizləri olan dövlətlər 21-ci əsrin qlobal siyasətində ən böyük təsirə sahibdirlər. Təbii qaza olan tələb, xüsusilə Avropada gündən-günə artır", - ekspert deyib.

Akanın sözlərinə görə, Cənub Qaz Dəhlizi regional sabitliyi gücləndirəcək: “Azərbaycan, Türkiyə, Yunanıstan ərazisindən keçən dəhliz iqtisadi, siyasi və geostrateji əməkdaşlığı möhkəmləndirəcək".

“Bu, Xəzər dənizindən Avropaya qaz nəqli üçün ilk və Avropada enerji şaxələndirilməsini təmin edən yeganə layihədir. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyini təmin edəcək və Azərbaycan qazına olan tələbata qarant olacaq. Bu tarixi layihə Azərbaycan və Türkiyənin Avropadakı strateji mövqelərini daha da gücləndirəcəkdir. Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Avropaya ticari qaz tədarükünün başlaması Azərbaycan və Türkiyənin ən böyük uğurudur. Bu layihə iki ölkə arasında ticarət və mədəni əməkdaşlığın daha da inkişafına səbəb olacaq", - mütəxəssis deyib.

Xatırladaq ki, 31 dekabr 2020-ci ildə Azərbaycan qazının Transadrtatik qaz kəməri ilə Avropaya tədarükü başlayıb.

Tarixdə ilk dəfə olaraq Azərbaycan təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarmağı bacardı. 15 Noyabr tarixində TAP-ın italyan qaz paylama şəbəkəsinə uğurla qoşulmasının ardından əmtəə təbii qaz bu gün SNAM Rete Gas (SRG) vasitəsi ilə Melendunyodan İtaliyaya və DESFA vasitəsi ilə Nea Mesimvriadan Yunanıstan və Bolqarıstana nəql edildi.

Bununla dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa qaz bazarına birbaşa çıxışı olan Azərbaycan ixrac imkanlarını şaxələndirdi.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər