11 Yanvar 2021 13:41
2 654
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ümid edirəm, Moskvadakı görüşdə ən azı Xocalıya qayıdışla bağlı yolların açılması, azərbaycanlıların ora dönməsinin qrafiki öz həllini tapacaq”.

Teleqraf.com xəbər verir ki, bunu ReAL partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Partiya rəsmisi bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında keçiriləcək görüşə münasibət bildirib:

“Bu gün baş tutacaq görüşdə Azərbaycana ziyanlı ola biləcək hər hansı bir qərarın, razılaşmanın olması mümkün görünmür. Prezidentə daxili siyasətlə bağlı tənqid bildirmək olar, amma Qarabağ məsələsində hansısa ciddi səhvi, güzəşti olmayıb, bu məsələdə İlham Əliyevin mövqeyi aydın, dövlət maraqlarına uyğun və birmənalıdır.

Ümid edirəm ki, Putinlə ikitərəfli görüşdə son iki ayda Rusiya “sülhməramlıların” suallar yaradan davranışları ilə bağlı məsələ qaldırılacaq, ən azı Xocalıya qayıdışla bağlı yolların açılması, azərbaycanlıların ora dönməsi qrafiki öz həllini tapacaq. Əgər Kreml hərbi kontingetinin sayının artırılması məsələsini qaldırsa, düşünmürəm ki, rəsmi Bakı buna razılıq versin”.

Natiq Cəfərli görüşdə bir sıra mühüm məsələlərin müzakirə ediləcəyini ehtimal edir:

“Rusiya mənbələrinə görə, bu gün əsas iki məsələ müzakirə olunacaq: Azərbaycan-Ermənistan dövlət sərhədinin dəqiqləşdirilib möhkəmlənməsi və Naxçıvana açılacaq dəhlizlə bağlı detallar.

Hər iki məsələdə əlimiz, arqumentlərimiz güclüdür. Artıq diplomatik savaşın yeni mərhələsi başladı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər