11 Yanvar 2021 19:25
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış jurnalist Əli Həziquliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini vəzifəsinə təyin edilib. Əli Həziquliyev BAXCP-nin Dünya Azərbaycanlıları və Türk Dünyası ilə əlaqələrinə məsul olacaq.

Qeyd edək ki, Əli Həziquliyev Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri, “Elçi” qəzetinin və eyni adlı saytın baş redaktorudur.

BAXCP-nin ilk qurultayından partiyanın sıralarında təmsil olunur. Daha əvvəllər BAXCP Ali Məclisinin və İdarə Heyətinin üzvü olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər