13 Yanvar 2021 19:24
365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, Nazirlər Kabineti Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməli və sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyinə Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər