Aydındır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərinə səfəri hər şeydən öncə siyasi baxımdan əhəmiyyətli və nümayişdir.
Bunu Teleqraf.com-a Azərbaycan dövlət başçısının Şuşa şəhərinə səfərini şərh edən Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Musabəyovun sözlərinə görə, Azərbaycan Prezidenti bu səfəri ilə dünyaya nümayiş etdirir ki, bunların hamısı Azərbaycanın tarixi və qanuni torpaqlarıdır və Azərbaycan torpağı kimi əbədi qalacaq: “Bu səfər bütün dünya, eləcə də ermənilər üçün açıq mesajdır. Düzdür, hazırda Ermənistanda siyasi hərarət o qədər yüksək həddədir ki, başları özlərinə qarışıb. Amma bu səfər İrəvandakı siyasi proseslərin hərarətinə təsir edəcəksə, nəyi pisdir?! Qoy olsun...”.
Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev uzun illər erməni işğalçı ordusunun nəzarətində olan və bu ilin noyabrın 8-də azad edilən qədim Şuşa şəhərinə səfər edib.