16 Yanvar 2021 17:30
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezidentin siyasətində din məsələsi həssas istiqamətlərdən birini təşkil edir. Davamlı olaraq dövlət rəhbərinin bu sahəyə diqqət və qayğısının şahidi oluruq. İşğaldan azad edilmiş ərazilərimizdə erməni vandalizminə məruz qalmış tarixi, dini abidələrimiz cənab Prezidentin diqqətindədir. Bu ərazilərə səfər zamanı dağıdılmış dini abidələrimizin durumu dövlət başçısı tərəfindən bütün dünyaya nümayiş etdirilir. Ermənilər işğal dövründə azərbaycanlılara məxsus tarixi, dini, mənəvi abidələrə qarşı vandalizm aktı törədib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun fikrincə, cənab Prezident Şuşa səfərində beynəlxalq aləmə, İslam dünyasına mühüm mesajlar verib:

“Şuşada Saatlı Məscidini ziyarət edən cənab Prezident burada ermənilərin hansı vəhşiklilərə əl atmasından bəhs edib. Bildirib ki, ermənilər azərbaycanlılara məxsus tarixi abidələri dağıtmaqla İslam dəyərlərinə zərbə vurmağa, məhv etməyə çalışıb. İşğal dövründə İslam dininə məxsus məscid və dini abidələr erməni vandalizminə məruz qalıb. Ölkə rəhbəri sərt formada erməni vandalizminin dini abidələrə qarşı yönəldiyini və bunun fonunda Ermənistanın özünü müsəlmanların “dostu” kimi təqdim etməsinə diqqət çəkib. İslam dəyərlərinə, müsəlmanlara məxsus abidələri, ziyarətgahları, məscidləri dağıdan İslamın dostu ola bilməz”.

Ceyhun Məmmədov dövlət rəhbərinin Şuşada məscidləri ziyarət edərək, Quran bağışlamasının dini dəyərlərə olan münasibətin ən bariz nümunəsi olduğunu bildirib:

“Birinci vitse-prezident Mehriban xanım Əliyeva, qızları Leyla xanım Əliyeva Şuşada məscidləri ziyarət edərək, dualar oxuyub. Cənab Prezident qısa zaman çərçivəsində məscidlərin, ziyarətgahların təmir olunacağını bildirib. Artıq Heydər Əliyev Fondu tərəfindən işğaldan azad edilmiş ərazilərdəki məscidlərdə ilkin layihələndirmə işləri başlayıb. Ağdam məscidində bu işlər həyata keçirilir. Digər məscidlər də qısa zamanda təmir edilib ziyarətə açılacaq”.

Millət vəkili dövlət siyasətinin din məsələsində həssaslığını qeyd edib::

”Dünya dövlətlərinin hamısında bunu müşahidə etmək olmur. Azərbaycanda digər dinlərin ibadət ocaqları dövlət tərəfindən qorunur. Ermənistanın timsalında isə bunun əksini görmək olur. İşğalçı Ermənistan Azərbaycanlılara, müsəlmanlara məxsus məscidləri təhqir edib. Məscidlərdə donuz, ev heyvanları saxlayıb. Cənab Prezident Şuşada ermənilərin təşkilatçılığı ilə məsciddə aparılan qondarma təmirə də etirazını bildirib. Vuğulayıb ki, bu təmirdə milli tarixi, dini dəyərlər tamamilə silinməyə cəhd edilib. Azərbaycan tərəfi bunu qəbul etmir. Ölkəmizin razılığı olmadan heç kəsin ixtiyarı yoxdur ki, hansısa bir abidənin, dini ocağın təmirində iştirak etsin”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər