19 Yanvar 2021 15:47
2 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezidentin 2021-ci ildə ilk səfərini Şuşaya etməsi olduqca önəmli, simvolik bir məna daşıyır. Bu səfərin böyük əhəmiyyəti var. Şuşa Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilib. Bu da ölkə Prezidentinin qədim Şuşaya, əzəli Azərbaycan torpağına, Qarabağın simvoluna dəyərinin göstəricisidir. Şuşadan Ali Baş Komandan beynəlxalq ictimaiyyət, erməni cəmiyyəti üçün çox ciddi mesajlar verib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun fikrincə, cənab Prezident Şuşa səfərində 44 günlük müharibəyə, Azərbaycanın tarixi zəfərinə bir daha diqqəti cəlb edib:

“Ölkə rəhbəri Şuşada çox vacib tezislərlə çıxış edib. Müsəlman dünyasına mühüm çağırışlar edilib. Ermənilərin işğal müddətində Azərbaycan torpaqlarında 67 məscidi dağıtması haqqında məlumat verilib. Müqəddəs İslam ocaqları ermənilər tərəfindən dağıdılıb, vandalizmə, təhqirə məruz qalıb. Bu heç də tək Azərbaycana qarşı təhqiramiz davranış deyil. Məscidlər bütün İslam dünyası üçün dəyərlidir. Ermənilər məhz bu vandal hərəkətləri ilə bütün müsəlman dünyasını hədəf alıb. Amma Ermənistan bütün bunlara baxmayaraq özünü müsəlmanların “dostu” kimi göstərməyə çalışır. Məscidə qarşı vandal, barbar hərəkət edənlərin özünü müsəlmanların “dostu” kimi təqdim etməsi qəbul edilməzdir. Acınacaqlı cəhət odur ki, bəzi müsəlman ölkələri Ermənistanla iqtisadi- siyasi əlaqələr qurur. Cənab Prezident də mövqeyinin məhz bu cür addımlarra yol verənlərə qarşı olduğunu qeyd edib. Şuşada verilən ən ciddi mesajlardan bir də Ermənistanda revanşist, təxribatçı qüvvələrə idi. Çünki bu gün Ermənistanda “bəlkə də qaytardılar” sevdası ilə yaşayanlar var. Amma hər kəs bilməlidir ki, istənilən təxribatçı hərəkətlər, revanşist davranışlar ciddi cəzalanacaq. Belə həvəsə düşənlər peşman olacaqlar. Onlar bilməlidir ki, Dəmir yumruq yerindədir”.

Millət vəkili yenidən hərbi əməliyyatların başlamasının Ermənistan üçün ciddi fəlakətlərə səbəb olacağını qeyd edib:

“Qarabağ diyarının yenidən qurulması bərpası diqqətdədir. Ölkə rəhbəri də Qarabağ diyarının yenidən cənnət-məkana çevriləcəyini vurğuladı".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər