Bu gün Azərbaycanı qonşuları ilə əməkdaşlıqda və qarşılıqlı əlaqələrdə günahlandıran qüvvələr var. 44 günlük Vətən müharibəsində onların qeyri-səmimi olduqları üzə çıxdı. Hətta okeanın o biri üzündə olanlar belə xalqımıza qarşı haqsızlıqlara səssiz qaldılar, ABŞ-da ola-ola ətraflarındakı proseslərə reaksiya vermədilər. Bu günə qədər heç bir halda onların Azərbaycan əleyhinə olan məsələlərə qarşı mövqe sərgilədiyi görünməyib. Bəzilərinin Amerikada nüfuzlu universitetlərlə əlaqəsi var, istəkləri olsa orada erməni terroru və əsl reallıqlarla bağlı danışa bilərlər. Amma Ağ Evin yanında olanlar Azərbaycana qarşı olan haqsızlığa göz yumur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, ATƏT-in belə haqsızlığına qarşı anti-milli qüvvələrdən mövqe bildirməyib: “Bu gün Azərbaycan xalqı qalibdir. 44 günlük Vətən müharibəsində bütün düşmənlərə ağır zərbə vuruldu. Gözlə görünən və görünməyən bütün anti-milli qüvvələr darmadağın edildi. Ermənilər və onların havadarları məyus oldu, düşmən tam kapitulyasiya edildi. Onlara havadarlıq edənlər 44 günlük müharibədə də sakit durmadılar. Davamlı olaraq Azərbaycana qarşı təzyiqlərdən istifadə etməyə çalışdılar. Bu reallıqları hər kəs gördü. Müəyyən qruplaşmalar əsl həqiqətdən uzaqlaşaraq, düşmən dəyirmanına su tökməkdə davam etdi. Azərbaycan ərazilərində barbarlıq edənləri görməzlikdən gəlmək heç bir məntiqə uyğun deyildi”.
Deputat qeyd edib ki, işğaldan azad edilmiş torpaqlarımızda erməni barbarlığını görməmək mümkün deyil: “Amerikada oturub Azərbaycanı ittiham edənlər təmsil olunduqları təhsil ocaqlarında erməni barabarlığından danışa bilər. Onlara heç kim maneə olmaz. Sadəcə olaraq öz xislətləri və tabe olduqları havadarları belə bir hala göz yummayacaq. Özlərini az qala həqiqət çarçısı hesab edənlər niyə bir dəfə olsun erməni vandallığı haqqında danışmayıb? ABŞ-da bu yaxında keçirilən seçkilərdə demokratlar hakimiyyətə gəlib. Gedib bəlkə onlara ermənilərin Azərbaycanın başına gətirdiyi müsibətlərdən danışsınlar? Bunu etməyəcəklər. Çünki onların missiyası buna hesablanmayıb”.
Deputat qeyd edib ki, bu gün Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə yumruq kimi birləşərək bütün düşmənlərə qalib gəlib: “Demokratiyanı az qala əldə bayraq edərək özlərini hər kəsdən üstün tumağa çalışanlar əsl reallığa da zaman ayırsınlar. Onların bu gün istinad etdiyi ABŞ-da hər şeyin ideal olduğunu söyləmək belə absurddur”.