Video əlavə olunub:
***
13:54
“Azərbaycanın Şuşa şəhərində məktəb inşa edəcəyik”.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Millətçi Hərəkat Partiyanın lideri Dövlət Bağçalı deyib.
“Cənab prezidentimizin (Rəcəb Tayyib Ərdoğan) icazə verərsə, Azərbaycan Prezidenti Əliyev məqsədəuyğun hesab edərsə, məqsədimiz Şuşada 9 illik məktəbi inşa etməkdir. Şuşada məktəb inşa etmək layihəmiz məqsədəuyğun hesab olunub. Şuşada inşa edəcəyimiz məktəb başa çatan kimi dərhal Azərbaycan hökumətinə təhvil veriləcək”, - Bağçalı bildirib.
Məktəb Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun adını daşıyacaq.