29 Yanvar 2021 14:28
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstənilən regional əməkdaşlıq üçün bölgədə sülh və sabitliyin olması əsas şərtlərdəndir. Bu günə qədər Cənubi Qafqazda əməkdaşlığa mane olan faktorlar vardı. Qarabağ münaqişəsi davam etdikcə qarşılıqlı anlaşmaları birbaşa təhdid olunurdu. 2-ci Qarabağ müharibəsi bitdikdən sonra ilk dəfə Türkiyə 3+3 formatını təqdim etdi.

Bunu Teleqraf.com-a politoloq Tural Əliyev deyib.

Onun fikrincə, Azərbaycan ikitərəfli və üçtərəfli formatlarda iştirak edib və bu prosesin təşəbbüşkarı olub: “Regionda bu əməkdaşlıqdan kənarda qalan dövlət Ermənistan olub. Təcüvüzkar Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarının işğalda saxlayıb.

Azərbaycan hərbi yolla ərazi bütövlüyünü təmin etdikdən sonra Ermənistana öz iddialarından imtina etmək şərti ilə əməkdaşlıq təqdim edir. Yanvarın 11-də Moskva görüşündə qarşlıqlı əlaqələrin qurulması üçün kommunakasiya xəttlərinin açılması vacibliyi vurğulanıb. Artıq iqtisadi və siyasi əlaqələrin inkişafı uzunmüddətli sülh üçün zəmin yaradır.

Təbii ki, Moskvadakı üçtərəfli görüşün ictimaiyyətə açıqlanmayan detalları da var. Görünür, bunun müəyyən zamana ehtiyacı olacaq. Tam olaraq demək olmaz ki, regioanal əməkdaşlıq üçün hazırda bütün şərtlər mövcuddur və manelər yox olub. İlk növbədə Ermənistan dövləti və cəmiyyəti bir daha öz populist və revanşist ritorikasını yenidən nəzərdən keçirməlidir. Bəzi hallarda bunun əksini görürük.

Paşinyandan narazı qalan qüvvələr erməni xalqını aldadaraq guya kommunikasiyaların Ermənistanın suverenliyinin təhlükə olacağı ilə bağlı sərsəm fikirlər səsləndirir. Ermənistan daxilində etirazların, ideyaların əksəriyyəti xaricdən idxal olunur. Müəyyən dairələr regionda öz maraqlarını diktə etməkdən ötrü bu kimi vasitələrdən istifadə edir. Hədəf isə Azərbaycan və Türkiyədir. Çünki yaxşı anlayırlar ki, Azərbaycanın enerji resursları və daxili potensialı Cənubi Qafqazun ən önəmli faktoruna çevirəcək.

Müharibəyə qədər Azərbaycan dünya bazarına çıxırdı və iqtisadi və maliyyə imkanlarını artırırdı. Ermənistanın işğal siyasəti müəyyən əngəllər yaradırdı. İndi isə bu əngəllər aradan qaldırılıb. Yeni imkanlar və yeni münasibətlərə yol açılıb”.

Tural Əliyev Türkmənistanla Xəzər dənizinin hüquqi statusu və karbohidrogen resurslardan istifadə ilə bağlı mübahisələrin artıq geridə qaldığını söyləyib: “Bu yaxınlarda “Dostluq“ yatağının birgə işlənməsi ilə bağlı Memorandum imzalandı. Yeni bir tarixi hadisə baş verdi. Guman edilir ki, bu günə prosesə maneə Türkmənistana qarşı olan xarici təsirlər idi. Məntiqlə yanaşılanda Türkmənistan iqtisadiyyatına əlavə dividentlər gətirəcəyi halda nədən bundan imtina etdiyi suallar doğururdu. Burada siyasi izlərin olduğu açıq aşkar idi.

Artıq bu mərhələ geridə qaldı. Yeni bir dövr, qarşılıqlı əməkdaşlıq mərhələsi başlayıb”.

Siyasi şərhçiyə görə, Türkiyə, Rusiya və İranın regionda maraqları və qarşılıqlı münasibtləri yeni bir strateji formatın formalaşmasına birbaşa təsir göstərir: “Bu üç ölkənin fəaliyyəti “Altılığın” gələcəyini təyin edəcək. Son zamanlar İran da əməkdaşlıqda yer almaq üçün aktivləşib. Artıq İran açıq şəkildə Qarabağda başlanacaq yenidənqurma işlərində öz şirkətlərini görmək niyyətində olduğunu bildirib.

Nə qədər əngəllər və manelər olsa da bu coğrafiyada yeni beynəlxalq münasibətlər formalaşır. Bunu postişğal dövrü də adlandırmaq olar. Görünən mənzərə odur ki, çox şeylər əvvəlki kimi olmayacaq. Qarşılıqlı maraqlar siyasətə söykənsə də, səmimilik və etibarlılığa hər zaman ehtiyac var.

Davamlı sülhə nail olmağın birinci addımı dövlətlərin ərazi bütovlüyünü tanımaqdan keçir. Suverenliyə hörmət olan yerdə hər əməkdaşlıq yeni bir qapıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər